Naxçıvan Muxtar Respublikasının səhiyyə müəssisələrində qış mövsümünə hazırıq işləri görülür
31.08.2020 12:22

2020-2021-ci illərin qış mövsümündə Naxçıvan Muxtar Respublikasında 78 tibb müəssisəsi fərdi, 131 müəssisə mərkəzi istilik sistemi ilə, 13 müəssisə neft sobası, 1 müəssisə təbii qazla qızdırılacaq.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən Aztibb.az bildirilib ki, keçən illərdə olduğu kimi, bu il də qışa hazırlıq məqsədilə bütün elektrik xətləri, transformator, generatorlar, istilik və su xətləri müvafiq qurumlar və müəssisələrin özləri tərəfindən yoxlanılır və çatışmazlıqlar aradan qaldırılır.

 

Bu gün muxtar respublikada ən son yenilikləri özündə əks etdirən avadanlıqlarla təchiz olunmuş tibb ocaqlarının istifadəyə verilməsi davam etdirilir. Təkcə son 6 ay ərzində Culfa Rayon Mərkəzi Xəstəxanası yenidənqurma və təmirdən sonra ehtiyac olan bütün növ tibbi avadanlıq və cihazlarla təchiz edilib. Ordubad rayonunun Vənənd Kənd Həkim Ambulatoriyası, Şərur rayonunun Məmmədsabir Kənd Həkim Ambulatoriyası və Muğancıq-Mehrab feldşer-mama məntəqəsi yeni tikilərək, bütün növ tibbi avadanlıq və inventarlarla təchiz edilərək istifadəyə verilib. Yeni səhiyyə müəssisələri istilik sistemi ilə təchiz edilir, payız-qış mövsümünə hazır vəziyyətə gətirilir. Bu səbəbdən də son illər qış mövsümü üçün ehtiyac olan yanacaq və mal-materiala tələbat keçən illərə nisbətən xeyli azalıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır