"Yüksək qan təzyiqi böyrəklər üçün risklidir" - Həkim nefroloq
18.10.2021 13:20
Yüksək qan təzyiqi böyrəklər üçün risklidir. Yüksək qan təzyiqi riskini artıran bir çox səbəblər vardır.
 
Aztibb.az xəbər verir ki, həkim nefroloq Barat Yusubov sosial şəbəkədə bu səbəblər barədə məlumat paylaşıb.
 
-  Yaş: insanlar yaşlandıqca qan təzyiqinin yüksəlmə riski də artır. Bu problem 35-50 yaşlarında daha çox müşahidə olunur.
-  Cinsiyyət: 50 yaşdan aşağı kişilərdə daha çox rast gəlinir. 50-55 yaş qrupunda kişilərdə və qadınlarda demək olar ki eyni dərəcədə müşahidə olunur. 55 yaşdan yuxarı isə daha çox qadınlarda yüksək qan təzyiqi problemi izlənilir.
-  Genetik faktor: 60% insanlarda yüksək qan təzyiqi problemi irsidir.
-  Piylənmə: piylənmədən əziyyət çəkənlərin 40 %-də yüksək qan təzyiqi problemi mövcuddur. Qeyd edək ki, gənc yaşda yüksək qan təzyiqi olan xəstələrin 1/3 piylənmə problemi yaşayır.
-  Şəkərli diabet: şəkərli diabeti olan xəstələrdə yüksək qan təzyiqinə çox rast gəlinir.
- Həddindən artıq duz istifadəsi: qidalanmada həddindən artıq duzdan istifadə yüksək qan təzyiqi probleminə yol açan səbəblərdən biridir.
-  Fiziki hərəkətsizlik: insanların daha çox oturaq həyat keçirməsi və fiziki aktivliyin zəifləməsi yüksək qan təzyiqi riskini artırır.
-  Spirtli içki içmək: spirtli içki içənlərdə yüksək qan təzyiqi çox hallarda müşahidə olunur.
-  Stress: əsəb, sinir gərginliyi bütün vücudumuza mənfi təsir göstərdiyi kimi, yüksək qan təzyiqinədə yol açır.
 
Hipertenziya (yüksək qan təzyiqindən) əziyyət çəkənlərin 90-95%-də bu heç bir başqa xəstəliyə (altda yatan hər hansı səbəb bağlı olmadan) mövcud olur. Bu birincili hipertenziya adlanır. Geridə qalan 5-10% insanlarda bu hər hansı bir xəstəliyin nəticəsi olaraq yaranır. Buna ikincili hipertenziya deyilir.
 
Seconder (ikincili) hipertenziyanın səbəbləri:
 
1. Çox duzlu yeməklərlə qidalanmaq;
2. Böyrək xəstəlikləri;
3. Böyrəküstü vəzlərin (adrenal) xəstəlikləri;
4. Anadangəlmə aortanın (damar) bir hissəsinin dar olması;
5. Tiroid vəz xəstəlikləri (hipertiroidi, hipotiroidi).
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev