Uşaqlardan valideynlərə keçən xəstəliklər – Nə etməli?
17.10.2021 11:17

Övladınızdan sizə keçə biləcək bir sıra xəstəliklər var ki, istər-istəməz onlar qarşısında müdafiəsiz qalırsınız. Bu xəstəlikləri çox vaxt uşaqlar ayaqüstü, yüngül keçirirlər, böyüklər isə daha ağır keçirib yatağa belə düşürlər.

 

Aztibb.az həmin xəstəliklər və uşaqlarınız bu xəstəliklərə tutulduqda, sizin də yoluxmamanız üçün görməli olacağınız tədbirlər haqqında yazını təqdim edir.

 

Əgər evdə uşaq qızılca çıxarıbsa, qapı dəstəyi ilə belə digər ailə üzvlərinə keçə bilər. Qızılca olan uşaq ilk 4 gündə yoluxdurucu təhlükəli olur.

 

Peyvənd olunmamış, uşaqlıqda bu xəstəliyi keçirməmiş valideynlər asanlıqla yoluxur. Simptomları uşaqlarla eyni, amma daha kəskindir. Böyüklərdə qızılcadan sonra otit, pnevmoniya, laringit, ensefalit kimi ağırlaşmalar olur.

 

Müdafiə yolu peyvənd olunmaqdır. Körpələr 12 aylıqda qızılca peyvəndi olunur. Yaxşı olar ki, siz də övladınızla bərabər peyvənd olunasız.

 

Daha çox 10 yaşa kimi uşaqlarda rast gəlinən infeksion eritema hava yolu ilə yayılır. Yay, qış sonu aktivdir.

 

Uşaqlarda qrip kimi başlayır, boğazı, başı ağrıyır, burnu axır. 3 gün sonra xarakterik qırmızı allergikə bənzər səpki olur. Xüsusən yanaqları sanki alışıb yanır. Mülaicə olunmasa belə 2 həftəyə keçib gedir.

 

Böyüklərə keçdikdə onlar nadir halda səpir. Əvəzində bütün sümüklər, oynaqlar, bilək, dizlər ağrıyır. Ağrı revmatizmə bənzəyir. Zəif immunitetli, hamilələr, anemiyası olanlar çox ağır keçirir, çünki virus eritrositlərin böyüməsini əngəlləyir.

 

Bu xəstəliyə qarşı vaksin yoxdur. Sadəcə uşağı və özünüzü digərlərindən yoluxmaqdan qoruyun. Maska taxın, xəstə olanda evdə qalın, tez-tez uşağın və özünüzün əllərini yuyun.

 

Qırmızı məxmərək hava-damcı yolu ilə keçir. Uşağı qucağınıza almaq kifayətdir ki, yoluxasız. Qızılca ilə səhv salınır, amma daha yüngüldür.

 

Uşaqlarda yüngül soyuqdəymə, halsızlıqla başlayır, gözlər qızarır, boyun limfa düyünləri şişir. 2-3 gün sonra üz və boyunda qırmızı səpki olur və getdikcə bədənə yayılır. Sonra da gəldiyi istiqamətdə geri çəkilir. Uşaq bəzən ayaqüstə keçirir.

 

Böyüklərə keçdikdə simptomlar daha ağır olur. Baş ağrıları olur. Qulaq infeksiyası baş verir. Hamilə tutularsa döldə qüsur ola bilər.

 

Digər xəstəlik – su çiçəyi də peyvənd olunmayan və uşaqlıqda bu xəstəliyi keçirməyən şəxslər üçün olduqca yayğın virusdur. Uşaqda suluqlu qırmızı səpkilər yaranır ki, bu suluqların yeri qaysaqlanan kimi uşaq yoluxdurucudur.

 

Böyüklərdə, xüsusən 60 yaşdan yuxarı yaşlılarda bu Rey sinromu, bədənin susuzlaşması, şok, hətta ölümlə nəticələnə bilər.

 

Əgər uşaq artıq xəstədirsə, evdə təcrid olunmalı, həkimə aparmalı, hətta xəxtəxanaya yatırtmalıdır. Əgər uşaq hələ xəstəliyi keçirməyibsə, vaksin vurdurmalı, digər ailə üzvlərinin bu suluqlara əl vurmasının qarşısını almalı, uşağın bədəninə əlcəklə toxunulmalıdır.

 

Parotit – Svinka paramiksovirus törədir, tüpürcək vəziləri zədələnir. Xəstə 10 gün ərzində yoluxdurucudur. Əlamətləri böyüklərdə də eyni olur, amma beyin iltihabı, süd vəzi, xaya, yumurtalıq iltihabı verə bilər.

 

Uşaqlar hər yaşda COVID-19 xəstəliyinə yoluxa bilərlər. Böyüklər və uşaqlarda eyni əlamətlər olsa da, uşaqlar əksər hallarda xəstəliyi böyüklərə müqayisədə daha yüngül keçirdirlər. Hər ikisi bir-birinə yoluxdura bilər. Yanaşı xəıstəliklər olduğu təqdirdə infeksiya ölüm ilə nəticələnə bilər.

 

Bütün hallarda uşaqların xəstəliyi peyvəndə bağlıdırsa, uşaqlar mütləq peyvənd olunmalıdır. Əgər olmayıbsa, peyvənd göstərişi olan yaşa kimi oluna bilər. Bəzi xəstəliklərdə böyüklər üçün peyvənd omur.

ÇOX OXUNANLAR
Mərkəzi Klinikada 1 günlük, çəkisi 2800 qr olan körpə üzərində ağır əməliyyat icra edilib
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib  
 Almaniyadan dəvət olunmuş ortoped-travmatoloq Diaqnoz Tibb Mərkəzində pasiyentləri ödənişsiz qəbul edir   
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının kardioloqu - İlqar Quliyev
Endokrinoloq mühüm elementi olan “xərçəng əleyhinə” menyu təqdim edib
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini onkoloji xəstəlikdən vəfat edib
 Qobustan Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb   
Hidrogen xərçəng də daxil olmaqla geniş spektrli xəstəlikləri müalicə edə bilər
Həyat yoldaşına böyrəyini bağışladı
Azərbaycan-Türkiyə Pediatriya Günləri - Azərbaycan-Türkiyə səhiyyə əlaqələri daim yüksələn xətt üzrə inkişaf edir
“Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində Şəki şəhər Ailə Sağlamlıq Mərkəzində 70-ə yaxın uşaq peyvənd olunub
Musa Abbasov: “Yenidən transplantasiya əməliyyatlarına başlayacağıq”  
Ürək qüsurlarının diaqnostikası və müalicə yolları