COVID-19 xəstələrində reabilitasiyanın aparılması ağırlaşmaların qarşısını alır - Həkim osteopat
16.10.2021 22:52

Koronavirusa yoluxmuş və xəstəxanalarda müalicə alan xəstələrdə reabilitasiyanın digər terapevtik müalicə üsulları ilə yanaşı aparılması zəruridir. 

 

Aztibb.az xəbər verir ki, bunu tanınmış reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mütəxəssis, osteopat Pərvin Əkbərov deyib.
 

Həkimin sözlərinə görə, bu, pasiyentin koronavirusun fəsadlarını daha tez dəf etməsi, ağırlaşmaların olmaması, yanaşı fəsadlar yaranmamasına dəstək verir. Bununla yanaşı, reabilitasiya zamanı tənəffüs hərəkətləri, tənəffüsdə iştirak edən əzələlərin iş prinsipinin təmin olunması, bədənin ümumi passivliyinin qarşısının alınması virusa qarşı dayanıqlığın artırılmasına gətirib çıxarır.

 

"Koronavirus əsasən, tənəffüs sisteminin toxumalarını hədəf aldığından KT müayinələrində alveollarda ciddi zədələr aşkarlanır. Reabilitasiyanın tətbiqi isə hətta yanaşı xəstəlikləri olan pasiyentlərin ağciyərlərində çapıq toxumaları nəticəsində yaranan təngnəfəsliyin və hərəkət aktivliyində məhdudiyyətlərin qarşısını alır, xəstələrin daha tez normal həyata qayıtmasına imkan verir".

 

P.Əkbərov qeyd edib ki, hazırda bir çox inkişaf etmiş ölkələrdə istər intensiv terapiya dövründə reanimasiyada və ya stasionarda, istərsə də xəstə evə buraxıldıqdan sonra digər terapevtik müalicə üsulları ilə yanaşı reabilitasiyanı tövsiyə edirlər.

 

"Koronavirusdan sağalmış insanlara test nəticələri neqativ çıxdıqdan sonra da reabilitasiyanın bir müddət davam etdirilməsini məsləhət görürəm", - deyə həkim əlavə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev