Herpes haqqında doğru bilinən YANLIŞLAR
16.10.2021 17:22

Ümumdünya Səhiyyə Təşkilatının 2015-ci ildə dərc olunmuş məlumatlarına əsasən, dünyada 3,7 milyard insanda herpes virusu var.

 

Bu, dünyada yaşayan insanların təxminən 67%-ni təşkil edir.

 

Dəyişkən havada (isti günlər soyuq günlərlə növbələşdikdə və əksinə) dodaqlarda herpes səpgiləri olan insanların sayı çoxalır. İnsanların əksər hissəsi bu infeksiya haqqında xəbərsizdir və ya onlarda herpeslə bağlı yanlış fikir formalaşıb.

 

Aztibb.az herpeslə bağlı bəzi yanılmaları təqdim edir: 

 

1. Herpes keçici deyil.

 

Bu yanılmadır. Təbii ki, xəstəliyin kəskinləşməsi zamanı (dodaqlarda səpgilər olduqda) yoluxmanın ehtimalı artır. Lakin hətta gizli formada keçən bu infeksiya (səpgilər və s. yoxdur) bir insandan digərinə çox asanlıqla keçir. Herpes bir insandan digərinə öpüşmə, eyni qab-qacaq, pomada və s. ilə istifadə etdikdə, cinsi yol ilə keçə bilər. Həmçinin körpə doğuş yollarından keçdikdə anadan da yoluxa bilər.

 

2. Herpes soyuqdəymənin əlamətidir.

 

Bu da yanılmadır. Herpes müstəqil bir xəstəlikdir. Bu xəstəlik sədə herpes virusu tərəfindən törədilir. Herpesin bir neçə növü var.

Bu virus əsasən soyuqdəymə, bəzən isə güclü stress, yorğunluq və immunitetin istənilən səbəbə görə zəiflənməsi nəticəsində kəskinləşə bilər.

 

3. Soyuqdəymə zamanı səpgilər əmələ gəlibsə, insan sağalır (xəstəlik "üzə çıxır").

 

Əksinə, bu o deməkdir ki, xəstəlik insanın immunitetini zəiflədib və nəticədə herpes infeksiyası orqanizmdə "oyanıb".

 

4. Səpgilər keçibsə, herpes də keçib.

 

Təəssüf ki, bu belə deyil. İnsan herpesə yoluxubsa, virus onun orqanizmində ömrünün sonuna kimi qalacaq.

 

5. Herpes səpgilərini müalicə etmək üçün onları yod, "zelyonka", spirt kimi vasitələrlə yandırmaq lazımdır.

 

Bu vasitələr herpesə təsir etmir. Bu üsulla siz yalnız dərinizi yandıracaqsınız. Herpesin yüngül formalarında müalicə üçün xüsusi dərman "atsiklovir" (məlhəm şəklində) istifadə olunur. Səpgilər tez-tez əmələ gəlirsə, immun sisteminin fəaliyyətini yaxşılaşdıran, ümumi möhkəmləndirici vasitələrdən istifadə olunur.

 

6. Herpes təhlükəli virus deyil.

 

Əksinə, herpes çox təhlükəli virusdur. Sadə herpes virusu sinir hüceyrələrinə daxil olur və burada yaşayır. Bu səbəbdən herpes infeksiyası sinir toxuması olan istənilən orqanlarda fəsadlar törədə bilər.

 

Herpesin bir neçə növü var. Onlardan ən təhlükəsi herpes zoster sayılır. Herpes zoster güclü ağrılara, hərarətin artmasına səbəb olur, sinirlər zədələnir və insan hətta əlil qala bilər.

 

Herpes virusu insanın mərkəzi sinir sistemini zədələyə bilər. Dağınıq skleroz kimi tanınan ağır sinir sistemi xəstəliyinin səbəblərindən biri herpes sayılır. Herpes ağciyər, gözlər, qara ciyər, bağırsaqlar, böyrəklər, daxili cinsiyyət orqanlarında xəstəliklərə səbəb ola bilər. Herpes hətta bəzi xərçəng növlərinin inkişafına təkan verə bilər. Bütün bunlar əksər hallarda insanın immun sisteminin kəskin zəifləməsi fonunda baş verə bilər. İnsanın immuniteti güclüdürsə, immun sistemi orqanizmdə yaşayan istənilən virus və mikrobların çoxalmasının qarşısını alır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev