Dermatoskopiya vasitəsilə dəri xərçəngini ilkin mərhələdə aşkar etmək mümkündür - Dermatoloq Şahin Bədəlov
16.10.2021 16:03

Dərinin müayinəsi üsulu olan dermatoskopiya həkim dermatoloq tərəfindən dermatoskop adlanan cihaz vasitəsilə aparılır. Bu zaman dəriyə xüsusi məhlul və ya gel çəkilir, sonra aparatla həmin nahiyyəyə baxılır. Dermatoskopiya ilə dəridə olan bütün elementləri izləmək mümkündür.

 

Bu barədə Aztibb.az-a həkim-dermatoloq Şahin Bədəlov məlumat verib. 

 

Onun sözlərinə görə, klassik dermatoskopiya dəridə olan bəd və ya xoşxassəli törəmələrin, xalların müayinəsindən ibarətdir. Həmçinin dermatoskopla tüklərdə və tük dibində olan dəyişiklikləri (trixoskopiya), dərinin iltihab xəstəliklərini (inflamoskopiya), dərinin parazitar xəstəliklərini (entomodermatoskopiya), dəri kapilyarlarını (kapilaroskopiya), sinir mənşəli dəri xəstəliklərini (psixodermatoskopiya), dəri prosedurlarının sonrakı effektivliyinin qiymətləndirilməsini və s. müayinə etmək olur.

 

"Ən asası, dermatoskopiya vasitəsilə dəri xərçəngini çox ilkin mərhələdə aşkar edərək insanların həyatını qurtarmaq mümkündür. Bütün dəri elementləri (xal, bazalioma, yasti hüceyrəli dəri xərçəngi, ziyil, papillomlar, keratoakantomalar, seboreya keratozları və s.) hər hansı bir üsul ilə (lazer, koaqulyator, plazma, cərrahi və s.) götürülməzdən əvvəl mütləq dermatoskopiya olunmalıdır", - deyə həkim bildirib. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev