Lənkəran Rayon Mərkəzi Xəstəxanasında təlim kursu keçirilib
15.10.2021 16:00
TƏBİB-in Davamlı tibbi təhsil və tibbi təlimlər şöbəsi Neonatal İşçi Qrupla birgə Amerikanın Kardioloji Assosasiyası və Amerikanın Pediatrik Akademiyasının Neonatal Reanimasiya Proqramı (NRP) üzrə 2020-ci ildə təsdiqlənmiş əlavələri əhatə edən növbəti təlim kursu təşkil edib.
 
Aztibb.az xəbər verir ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təlim Mərkəzində keçirilən təlimdə Lənkəran, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lerik və Astara rayonlarının doğuşa yardım xidməti göstərən tibb işçiləri – ginekoloq, neonatoloq, mama və tibb bacıları iştirak edib.
 
Təlimçilər - Nahidə Mahmudova, Sevda Əsədova və Xeyransa Bayramova iştirakçılara NRP kurs proqramına əsasən nəzəri biliklər və praktiki bacarıqlar barədə məlumat verib.
 
Təlim proqramını müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır