Uşağın qızdırması olan zaman ilk növbədə nə etməli? - Valideynlərin diqqətinə!
15.10.2021 09:48
Qızdırma bədənin hər hansı bir infeksiyaya reaksiyasıdır. Yenidoğulmuş körpələrdə qızdırma, bədənin dehidrasiyası və ya isti iqlim şəraitində körpənin həddindən artıq məruz qalması səbəbindən baş verir.
Bu barədə uzman pediatr Elşad Şixəliyev məlumat paylaşıb. Aztibb.az həkimin uşaqda qızdırma olan zaman valideynlərin nə etməsi ilə bağlı tövsiyələrini təqdim edir.
- İdman, həddindən artıq soyunma, isti hamam, isti hava, isti yemək və içkilər sağlam uşağın bədən istiliyini yüksəldə bilər.
- Valideynlər bilməlidir ki, körpələrdə hərarətin bir qədər yüksəlməsi heç də hər hansı bir xəstəliyin əlaməti deyil. Xəstəliyin digər əlamətlərinin olmaması fonunda 1 yaşadək olan uşaqlarda temperaturun 37,2 C-dək olması normal hesab edilir.
- Əlbəttə ki, uşaqlarda temperaturun yüksəlməsinin ən çox yayılmış səbəbləri – kəskin respirtor virus infeksiyası (KRVİ), qrip, angina və s. xəstəliklər olur. Temperaturun yüksəlməsi hər hansı bir infeksiyaya qarşı bədənin təbii reaksiyasıdır.
- Temperaturun yüksəlməsi iştahın azalmasına, uşağın az hərəkət etməsinə səbəb olur. Bu isə xəstəliyə qarşı mübarizədə vacib olan - bədən enerjisinə qənaət etməyə imkan verir. Beləliklə, temperaturun müəyyən səviyyəyə qədər yüksəlməsi, bədənə nəinki ziyan vurmur, hətta əksinə olaraq, xəstəliyə qarşı mübarizədə qalib gəlməkdə orqanizmə kömək edir. Lakin hərarətin çox yüksəlməsi uşaq orqanizmi üçün olduqca təhlükəlidir.
Uşaqda yüksək hərarət olarsa, nə etmək lazımdır?
- Paltarlarına diqqət edin: 38,5 dərəcə hərarəti olan uşağınızın üzərindəki üst geyimləri çıxarın.
- Maye qəbuluna diqqət edin: bol miqdarda su və sulu qidalar qəbul etməsini təmin edin.
- Mühitin istiliyini nəzərə alın: uşağın olduğu otağın istiliyini 21-22 dərəcə arasında saxlamağa çalışın.
- İlıq duş aldırın: 29-32 dərəcə istilikdəki ilıq suyla duş aldırın və ya yaş bezlə kompres edin.
- Hərarət salan həblər verməyin: qızdırma getdikcə qalxarsa, həkiminizlə məsləhətləşib, uşağa hərarət salan həblər verə bilərsiniz.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

