Enerji içkisi adı ilə satılan saxta məhsullar aşkarlanıb - MONİTORİNQ  
14.10.2021 11:08
AQTA enerji içkiləri ilə bağlı apardığı monitorinqlərin nəticəsini açıqlayıb.
 
Aztibb.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən istehlak bazarında enerji içkisi adı altında istehlakçılara təqdim olunan alkoqolsuz içkilərin enerji içkisi olub-olmaması, eləcə də qaydalara uyğunluğunun müəyyən edilməsi məqsədilə monitorinqlər keçirilib. Bu barədə AQTA sədri Qoşqar Təhməzli Agentliyin ilin ilk 9 ayındakı fəaliyyətinə həsr olunan mətbuat konfransında məlumat verib. 30 nümunə üzərində aparılmış müayinələr nəticəsində 5 nümunənin enerji içkisi olduğu təsbit edilib ki, onlardan yalnız 1-nin etiketlənməsinin qaydalara uyğun olduğu, digər 4-nün isə uyğun olmadığı müəyyən edilib. Həm etiket məlumatlarının ekspertizası, həm də tərkib analizi nəticəsində qalan 25 nümunənin enerji içkisi olmadığı müəyyən edilib.
 
Q. Təhməzli bildirib ki, həmin 25 məhsul enerji içkisi olmadığı halda, üzərində istehlakçılarda enerji içkisi olduğuna dair təəssürat yaradan ifadələrdən istifadə edilib. İstehlakçıları çaşdırmaqla qanunvericiliyin tələbini pozan istehsalçılara dair müvafiq tədbirlərin görülməsi üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev