Kontakt linzaları haqqında bilmədiyimiz FAKTLAR
14.10.2021 09:39

Kontakt linzalar görmənin korreksiyası üçün istifadə olunan ən rahat üsuldur. Lakin linzaların daim taxılması müəyyən risklərlə bağlıdır. Bu səbəbdən bir çox oftalmoloqlar linzaların taxılmasını mümkün qədər məhdudlaşdırmağı tövsiyə edirlər. Məsələn, evdə olduqda eynəklərdən istifadə etmək daha məqsədəuyğundur.

 

Kontakt linzalarla bağlı bilməli olduğumuz faktlar:

 

- Kompüterdə daim işləyən insanlar eynəkdən istifadə etsələr, daha yaxşı olar.

- Bəzi linzaları təzə taxmağa başlayan insanlar qorxur ki, linza düşəcək və ya gözün arxasına keçəcək. Lakin, düzgün seçilmiş kontakt linza (bunu yalnız oftalmoloq etməlidir) gözdə yaxşı "oturur" və onun itmək ehtimalı çox azdır.

- Gözün quruluşu elədir ki, linza onun arxasına keçə bilməz.

- Kontakt linzaları daim taxan insanda göz iltihabı ehtimalı linzaları taxmayan insanlarla müqayisədə artmış olur. Bu səbəbdən linzalara düzgün qulluq etmək və onları düzgün saxlamaq lazımdır.

- Taxılma zamanı kontakt linzaların üzərində yığılan zülali maddələr gözdə allergiyaya səbəb ola bilər. Linzaların təmizlənməsi üçün nəzərdə tutulmuş xüsusi məhlullar bu maddələri əridir, lakin tam yox. Bu səbəbdən linzaları vaxtında dəyişmək lazımdır. Birgünlük linzalardan istifadə etmək ən yaxşı üsuldur. Bu linzalar yalnız 1 gün ərzində istifadə olunur və sonra atılır. Belə linzaların taxılması allergiyanın və iltihabın ehtimalını azaldır.

- "Ortokeratologiya" adında müalicə metodu mövcuddur. Bu zaman miopiyadan əziyyət çəkən insan gecə yatmazdan əvvəl xüsusi sərt linzaları taxır. Bu linzalar gecə ərzində gözün buynuz qişasını yastıladır. Səhər insan linzaları çıxardır. Buynuz qişa isə hələ müəyyən müddət ərzində (bir neçə saatdan bir günə kimi) formasını saxlayır ki, nəticədə insanın görməsi ideal normalara yaxınlaşır. 

- Ortokeratologiya miopiya korreksiyasının ən təhlükəsiz metodu sayılır.

- Ən ağır göz xəstəliyi olan qlaukomanın diaqnozu erkən mərhələlərdə çətinliklə qoyulur. Diaqnozun erkən qoyulması isə xəstəliyin effektli müalicəsi üçün çox vacibdir. Hazırda xüsusi linzalar işlənib hazırlanıb ki, bu linzalar qlaukomanın diaqnozunu ilkin mərhələlərdə qoymağa imkan verir.

- Kəskin soyuqdəymə xəstəlikləri zamanı linzalardan istifadə etmək tövsiyə edilmir. Məsələ burasındadır ki, bu xəstəliklər viruslar tərəfindən törədilir. Viruslar orqanizmin selikli qişalarında çoxalır. Gözlərimiz də selikli qişa ilə örtülür və bu səbəbdən viruslar gözlərin selikli qişalarında da çoxala bilər. 

- Şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanlar da kontakt linzalarla çox diqqətli olmalıdır. Bu xəstəlik zamanı sinirlər zədələnir, bədənin bəzi hissələrində həssaslıq azalır, yerli immunitet zəifləyir. Bu isə linzaların taxılması ilə bağlı olan pozulmaların ehtimalını artırır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev