ÜST: "İqlim dəyişməsi bütün dünyada insanların sağlamlığına  təsir edir"
13.10.2021 09:02

Təbii fəlakətlər, ətraf mühitin çirklənməsi və deqradasiyası da daxil olmaqla, iqlim dəyişməsinin təsiri bütün dünyada bir çox insanın sağlamlığına mənfi təsir göstərir. Bütün dövlətlər COVID-19 pandemiyasından sonra bərpa strategiyasını hazırlayarkən bu amili nəzərə almalıdır. Qlobal istiləşmə ilə mübarizəyə yönələn yeni milli öhdəliklər olmadan keçinmək mümkün olmayacaq. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) iqlim dəyişməsi və sağlamlığa dair məruzəsində deyilir.

 

ÜST-ün məruzəsi Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək İqlim Dəyişməsi Konfransı ərəfəsində dərc edilib. Sənəddə iqlim dəyişməsi ilə mübarizədə təxirəsalınmaz addımlarla bağlı tövsiyələr təqdim edilib. Onlar iqlim və sağlamlıq arasında birbaşa əlaqəni sübut edən araşdırmaların nəticəsidir.

 

Ümumdünya Səhiyyə Təşkilatının məruzəsi ilə eyni vaxtda həkimlər və alimlərin hökumətlərə açıq müraciəti dərc edilib, bu müraciətdə onlar iqlim dəyişikliyi ilə mübarizəyə daha çox sərmayə qoymağa və pandemiya ilə mübarizə zamanı olduğu kimi bu istiqamətdə də tez və qətiyyətli hərəkət etməyə çağırıblar. Bu məktub ən azı 45 milyon həkim və mütəxəssisi təmsil edən 300 səhiyyə sahəsində fəaliyyət göstərən təşkilat adından dərc edilib. Onun müəllifləri qeyd edirlər ki, iqlim dəyişməsinin insan sağlamlığına təsiri artıq bütün dünyada hiss olunur.

 

Bu gün, istilik dalğaları, qasırğalar və daşqınlar kimi getdikcə tez-tez baş verən ekstremal hava hadisələri minlərlə insanın ölümünə səbəb olur, insanları şikəst edir, milyonlarla insanın həyatını məhv edir. Hava şəraitində baş verən dəyişikliklər qida çatışmazlığına gətirib çıxarır və malyariya da daxil olmaqla qida, su və yoluxucu xəstəliklərin yayılmasına səbəb olur. İqlim dəyişməsinin insanların psixi sağlamlığına da mənfi təsir etdiyinə dair sübutlar var.

 

ÜST məruzəsinin müəllifləri qeyd edirlər ki, iqlim dəyişikliyi bəşəriyyətin sağlamlığı üçün ən ciddi təhlükədir, heç kəs bu təhdidlərdən sığortalanmayıb, lakin əsas qurbanlar planetin ən məzlum sakinləridir. Təkcə mədən yanacağının yandırılması nəticəsində havanın çirklənməsi dəqiqədə 13 ölümə səbəb olur.

 

Məruzənin müəllifləri vurğulayırlar ki, insan sağlamlığının qorunması üçün energetika, nəqliyyat, təbiətin, qida və maliyyənin mühafizəsi də daxil olmaqla, bütün sektorlarda innovativ fəaliyyətə ehtiyac var.

 

Məruzənin müəllifləri bitki əsaslı pəhrizə keçməklə istixana qazlarının tullantılarının azaldılmasına nail olmağa çağırırlar. Daha dayanıqlı qida sistemləri sayəsində 2050-ci ilə qədər həm ətraf mühitin çirklənməsini azaltmaq, həm də səmərəsiz qidalanma ilə əlaqədar olaraq ildə 5,1 milyona qədər ölüm halının qarşısını almaq mümkün olacaq.

 

ÜST əmindir ki, Paris Sazişinin müddəalarının icrası, o cümlədən havanın keyfiyyətinin, qidalanma pəhrizinin yaxşılaşdırılması və fiziki fəallığın sayəsində, ildə təxminən bir milyon insanın həyatını xilas etməyə imkan verəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev