Kardioloq açıq ürək əməliyyatından öncə diqqət edilməli olan məqamları AÇIQLADI
12.10.2021 12:20
Açıq ürək əməliyyatı ürəyi birbaşa görərək edildiyindən onun bəzi xəstələr üçün önəmli üstünlükləri mövcuddur. Təcrübəli əllərdə icra olunan açıq ürək əməliyyatları son dərəcə təhlükəsizdir. Açıq ürək əməliyyatı olacaq xəstələrin əməliyyat öncəsi hazırlığı çox önəmlidir.
 
Aztibb.az xəbər verir ki, ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev bu barədə maarifləndirici məlumat paylaşıb.
 
Həkimin sözlərinə görə, açıq ürək əməliyyatına hazırlıq zamanı pasiyent 1 gün əvvəl xəstəxanaya yatırılır, kardioloq, ürək cərrahı və anestezioloq xəstəni öncədən dəyərləndirir və bir ümumi "check-up" təyin edir.
 
Eyni zamanda:
 
- Pasiyentin istifadə etdiyi dərmanlar öyrənilir;
- Qansulandırıcıların qəbulu dayandırılır;
- Xəstəxanaya yatdıqdan sonra dərman qəbulu dayandırılır;
- Davamlı istifadə etdiyi dərmanlar haqqında məlumat verilir;
- Pasiyentlər son menstruasiya tarixini bildirməli və hamilə olmamaları lazımdır;
- İnfeksiya ehtimalına qarşı diş müayinələri etdirmək tövsiyə olunur;
- Əməliyyat nahiyələri təmizlənməlidir (infeksiya riski gözə alınır);
-  Xüsusi antiseptik ilə duş qəbul edilir;
- Gecə rahat yatmaq üçün dərman verilə bilər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev