Yaşlı insanların üşüməsinin səbəbləri və profilaktikası üsulları - Həkim açıqladı
12.10.2021 14:40

Geriatr Nataliya Şaraşkina yaşlı insanların tez-tez üşüməsinin səbəbləri və bundan qorunmaq üsullarını açıqlayıb.

 

Aztibb.az medikforum.ru-ya istinadən xəbər verir ki, mütəxəssis insanda istiliyin tənzimlənməsinə orqanizmin bir çox mexanizmlərinin məsul olduğunu bildirib. Yaş artdıqca bu mexanizmlər zəifləyir və buna görə də yaşlılarda daimi üşümə hissi yaranır. Xüsusilə, dəri daha incə olur, əzələ və yağ kütləsi enir, saç tellərinin sayı azalır, həmçinin damarların fəaliyyəti pozulur.

 

"Risk qrupunda aşağı bədən kütləsinə, dəri örtüyü və əzələlərin pis vəziyyətinə malik, qidalanması zəif olan, aşağı hərəkət fəallığı, bir çox xroniki xəstəlikləri olan yaşlı insanlar daxildir", - ekspert xəbərdarlıq edib.

 

Həkim problemin öhdəsindən gəlmək üçün rasionu nizama salmağı məsləhət görür, çünki məhz mübadilə prosesləri temperaturun normallaşmasına təsir edir. Bundan başqa, fiziki və sosial fəaliyyətləri əhatə edən aktiv həyat tərzi sürmək əhəmiyyətlidir.

 

Xroniki xəstəliklərə nəzarət və onların profilaktikası üçün mütəmadi həkim müayinəsində olmaq da vacibdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev