Viruslarla mübarizə aparan - Təbii antibiotik DARÇIN
08.10.2021 17:41

Darçın dünyada ən tanınmış və yayılmış ədviyyatlardan biridir. Darçının faydalı xüsusiyyətləri onu əsl tibbi müalicəvi vasitə kimi qəbul etməyə imkan verir. Darçın efir yağları, antioksidantlar, vitamin (B qrupu, fol turşusu və s.) və mikroelementlərlə (maqnezium, dəmir, kalsium) zəngindir.

 

Darçını "təbii antibiotik" adlandırırlar. Nadir xüsusiyyətlərinə malik olan bu ədviyyat müxtəlif bakteriyalar, viruslar və göbələklərlə uğurla mübarizə aparır. Bu bakteriyalar arasında mədə və 12 barmaq bağırsağı xorasına səbəb olan Helicobacter pilori bakteriləri, bağırsaq çöpü və s. və həmçinin Candida göbələkləri yer alıb. 

 

İltihabəleyhinə təsirinə malik olan darçın soyuqdəymə və qrip zamanı istifadə oluna bilər. İlıq suya 1 çay qaşığı bal və 1/4 qaşığı darçın əlavə edin və gün ərzində 3 dəfə için.

 

Darçın insanın immun sistemini möhkəmləndirir, orqanizmin virus və mikroblara qarşı davamlılığını artırır.

 

Bu ədviyyat mədə-bağırsaq sisteminə də müsbət təsir edir - mədənin fəaliyyətini yaxşılaşdırır, iştahanı artırır, antiseptik təsir edir.

 

Darçın orqanizmi şlaklar, toksinlər, sərbəst radikallardan, qurdlardan təmizləyir, hətta xərçəngəleyhinə təsir edir.

 

Darçın sinir sisteminə də çox müsbət təsir edir, sakitləşdirir, qorxu, narahatçılıq, streslə mübarizə aparmağa kömək edir. Bunun üçün darçını sadəcə iyləmək kifayətdir.

 

Darçın beyinin fəaliyyətini və yaddaşı yaxşılaşdırır. Uşaqlara müxtəlif sıyıqlar, un məmulatları  bişirdikdə ora mütləq darçın əlavə edin.

 

Darçın orqanizmi artıq xolesterindən təmizləyir.

 

Darçın qanı duruldur, damarlarda trombların əmələ gəlməsinə mane olur.

 

Şəkərli diabet xəstəliyi olan insanlara da darçın xeyir gətirə bilər. Darçın qanda şəkərin səviyyəsini aşağı salır.

 

Darçın arıqlamağa da kömək edir.

 

Arıqlamaq üçün kokteylin resepti:

 

200 qr yağsız kefir götürülür, 1/2 çay qaşığı uyüdülmüş darçın və 1/2 çay qaşığı üyüdülmüş zəncəfil əlavə olunur və yaxşı qarışdırılır. Belə kokteyl piylərin daha tez əriməsinə kömək edir.  Gün ərzində 1 stəkan kokteyl qəbul etmək olar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev