Qaraciyərin ən sevimli tərəvəzi - Balqabaq
08.10.2021 10:31

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Onun tərkibində müxtəlif vitamin və minerallar, qidalı liflər və s. vacib maddələr var. Balqabaq bir çox xəstəliklər və pozulmalar zamanı yaxşı kömək edir.

 

 Balqabağın faydaları:
 

- Qəbizlikdən əziyyət çəkənlər mütləq balqabaq yeməlidir. Balqabaq bağırsaqların normal fəaliyyəti üçün çox vacib olan kalium və qidalı liflərlə zəngindir.

- Dəmir və mislə zəngin olduğundan balqabaq qanın tərkibini yaxşılaşdırır və bu səbəbdən qanazlığı zamanı faydalıdır.

- Balqabaq qaraciyərin ən sevimli tərəvəzidir.

- Kaliumla zəngin olan balqabaq ürək və damarların sağlamlığını qoruyur.

- Balqabaq beta-karotinlə zəngindir. Beta-karotin orqanizmdə A vitamininə çevrilir. Bu vitamin yaxşı görmə üçün çox vacibdir.

- Balqabaq orqanizmi çox yaxşı təmizləyir və cavanlaşdırır.

- Balqabaq sidikqovucu xüsusiyyətlərə malikdir ki, bu da onu sidik kisəsi, sidik yolları və böyrəklərimiz üçün çox faydalı edir.

- Balqabaq hipertoniyadan əziyyət çəkənlərə fayda verir. Bu tərəvəz təzyiqi aşağı salmağa kömək edir.

- Artıq çəki və piylənmədən əziyyət çəkənlər mütləq balqabaq yeməlidir. Balqabaq azkalorili məhsuldur və həmçinin insanı uzun müddət ərzində tox saxlayır.

- Sinklə zəngin olan balqabaq və xüsusilə balqabaq tumları kişi sağlamlığı üçün çox faydalıdır - spermanın tərkibini yaxşılaşdırır, potensiyanı artırır, kişi cinsiyyət sistemi xəstəliklərinin riskini azaldır.

- Balqabaq immun sistemini möhkəmləndirir, dəriyə çox müsbət təsir edir, dərini cavanlaşdırır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev