USM haqqında BİLMƏDİKLƏRİMİZ
07.10.2021 20:44

USM ultradalğalı şüaların köməyi ilə həyata keçirilən tibbi müayinə növüdür.

 

Aztibb.az tibbi mənbələrə istinadla xəbər verir ki, rentgen şüaları kimi, ultradalğalı şüalar da toxumaların arasından keçir və sonra da əks olunur. Əks olunduqda bu şüalar monitorda müəyyən təsvirlər yaradır. Bu təsvirlərə əsaslanaraq həkim pasiyentin orqanların və toxumaların vəziyyətini qiymətləndirir.

 

USM təhlükəsiz müayinə metodu sayılır və bu səbəbdən çox geniş istifadə olunur.

 

USM vasitəsilə bu kimi orqan və sistemləri müayinə etmək mümkündür:

 

- qalxanvari vəzi;

- qara ciyər;

- öd və öd yolları;

- mədəaltı vəzi;

- böyrəklər və böyrəküstü vəzilər;

- sidik kisəsi;

- ürək;

- limfatik düyünlər;

- süd vəziləri;

- prostat vəzi;

- uşaqlıq, yumurtalıqlar;

- hamiləliyin monitorinqi. Hamiləliyin əvvəlində müayinə intravaginal (uşaqlıq yolundan) üsulu ilə, daha sonra isə abdominal (qarın boşluğu divarından) üsulu ilə keçirilir;

- körpələrdə USM vasitəsilə açıq əmgəkdən beyini müayinə etmək mümkündür.

 

USM-nin növündən asılı olaraq pasiyent bəzi hallarda müayinəyə hazırlaşmalı olur. Belə ki:

 

- öd, öd yolları və mədəaltı vəzi müayinə olunduqda, pasiyentə müayinədən 3 gün əvvəl köp əmələ gətirən məhsullardan (süd, noxud, lobya, qara çörək, təzə tərəvəz) imtina etməli, müayinədən 1 gün əvvəl  gündə 3 dəfə espumizan qəbul etməli və müayinəyə ac qarına gəlməlidir.

- kiçik çanaq orqanları (uşaqlıq, yumurtalıqlar, prostat vəzi) və sidik kisəsi müayinə olunduqda pasiyent müayinədən 1 saat əvvəl 1 litr ilıq su içməli və tualetə getməməlidir. Qadınlarda uşaqlıq və yumurtalıqların vəziyyəti intravaginal üsulu ilə (uşaqlıq yolundan) müayinə oluna bilər. Bu halda sidik kisəsi dolu olmamalıdır. Əksinə olaraq müayinədən əvvəl qadın sidik kisəsini boşaltmalıdır.

- süd vəziləri müayinə olunduqda qadın müayinəyə menstrual dövrünün 7-ci-10-cu günləri getməlidir (postmenopauza dövründə olan qadın istənilən gün müayinə oluna bilər).

- prostat vəzi müayinə olunduqda pasiyent düz bağırsağını boşaltmalıdır.

 

Müayinədən əvvəl həkim pasiyentin dərisinə xüsusi gel çəkir. Bu gel şüaların daha yaxşı keçməsinə və datçikin daha yaxşı hərəkət etməsinə (sürüşməsinə) kömək edir. Gel hipoallergendir.

 

USM müayinə olunan sahədən asılı olaraq 5-30 dəqiqə ərzində davam edə bilər. Artıq çəkisi olan insanlarda bu müayinə daha çətin keçir ki, onlarda yaxşı təsvirlər almaq daha çətin olur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev