Payız fəslinin ən faydalı 10 MƏHSULU
07.10.2021 09:55

Yaxın zamanlarda qışın yaxınlaşması ilə əlaqədar, payız aylarında orqanizmi lazımi vitamin və mikroelementlərlə təmin etmək vacibdir.

 

Payız fəslinin, bütün qış ərzində sizi enerji ilə təmin edə biləcəyi bir çox energetik meyvə və tərəvəzləri vardır.

 

Aztibb.az onlardan ən faydalı olanlarını sizə təqdim edir:

 

1. Balqabaq - tərkibində dəmirin çoxluğuna əsasən tərəvəzlər arasında lider olan bu məhsul, B, C, E, D, PP vitaminləri, həmçinin orqanizmdə mübadilə prosesslərinə təsir edən çox nadir T vitamini ilə zəngindir. Balqabaq, pektin telləri sayəsində orqanizmdən artıq xolesterini, toksin və şlakları çıxarma gücünə malikdir.

2. Alma - payız aylarında tez-tez rast gəlinən, halsızlıq, anemiya və ürək damar xəstəlikləri zamanı köməyimizə çatır. Alma dərini sağlamlaşdırır, həzmə kömək edir və görmə qabiliyyətini yaxşılaşdırır.

3. Çuğundur - selülloz, dəmir, maqniy, mis, fosfor və C vitamini ilə zəngindir. Tərkibində orqanizmi enerji ilə təmin edən xeyli miqdarda karbohidratların olmasına baxmayaraq, az kalorili sayılır.

4. Kök - karotinin bir nömrəli mənbəyidir. Bu məhsul, qanı təmizləyir, orqanizmdən toksin və ziyanlı maddələri çıxarır, maddələr mübadiləsini normallaşdırır, həmçinin bütün daxili orqanların aktivliyini artırır.

5. Üzüm - güclü antioksidant. O, miqrenlə mübarizədə çox kömək edir, üzüm şirəsi isə orqanizmi bir anda enerji ilə təmin edən təbii energetik içki sayılır.

6. Gavalı - hipertoniyanın ən yaxşı dərmanıdır. Bu meyvə kəllədaxili qan dövranını yaxşılaşdıraraq baş ağrılarının qarşısını alır.

7. Göbələk - tərkibində zülalın miqdarına görə lider sayılır. Aterosklerozun və orqanizmdə xolesterinin yığılmasının qarşısına almağa kömək edir .

8. Moruq - orqanik turşular, efir yağları və vitaminlər mənbəyidir. Giləmeyvə kapilyarları möhkəmləndirir və iltihab xəstəlikləri ilə mübarizədə kömək edir.

9. Armud - təbii enerji mənbəyi. Yorğunluq və depressiya ilə mübarizədə kömək edir. Tərkibi çoxlu sayda bioaktiv maddələrlə zəngindir.

10. Kələm - bitki zülalı və vitaminlərlə zəngindir. Selüllozun olması isə onun orqanizmdən şlak və xolesterinin çıxarmasını təmin edir.

 

Tutqun hava qəmginlik, halsızlıq və depressiya üçün əsas deyil. Sadaladığımız meyvə və tərəvəzlər bu kimi problemlərlə mübarizə üçün yaxşı üsullardır. Rasionunuza bu məhsulları əlavə etməklə siz orqanizminizi vitamin, mikro və makroelemetlərlə təmin etmiş olacaqsınız. Bu isə həm sağlamlıq, həm də əhval-ruhiyyə baxımından çox əhəmiyyətlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev