Əsəbi uşaq, yoxsa əsəbi valideyn..? - Pediatrdan İZAH
07.10.2021 09:42

Əsəbi uşaq anlayışı yoxdur, əsəbi valideyn var. Sadəcə, uşaqlarda normal inkişaf mərhələlərində keçici olaraq yaş sindromları olur. Məsələn, 2 yaş sindromu keçirən uşaqlar daim "yox" sözünü işlədir, hər şeyin onun istədiyi kimi olmasını tələb edir. İstədiyi olmadıqda başını divara vurur, özünü yerə çırpır, bütün günü ağlayır və s. 

 

Aztibb.az xəbər verir ki, həkim-pediatr Günay Rəsulova bildirib ki, belə olan halda valideyn həkimə müraciət edərək "övladım əsəbidir" deyir. Hətta bəzən həkimlə məsləhətləşmədən aptekdən müəyyən "sakitləşdirici" dərmanlar alıb uşağa verir. Belə olan halda uşağın sürətlə inkişaf edən beyni tormozlanır.

 

G.Rəsulova qedy edib ki, bu, tamamilə yanlışdır. Uşaqlara yerli-yersiz, lazımsız dərmanların verilməsi onlarda gələcəkdə yaddaş zəifliyi, diqqətsizlik kimi problemlərin ortaya çıxmasına səbəb olur.

 

"Uşaqlarla gərgin, hövsələsiz, emosional və aqressiv davranmayın", - deyə həkim valideynlərə övladları ilə münasibətdə diqqətli olmağı tövsiyə edib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev