Qulunc nədir? - Fitoterapevt TƏBİİ çarəsini AÇIQLADI
07.10.2021 08:40
El arasında qulunc adı ilə tanınan, əslində isə onurğanı düzləndirən əzələnin iltihabı olan miozitə daha çox oturaq həyat keçirənlərdə, xüsusən də sürücülərdə, kompüter qarşısında çox oturanlarda, öd kisəsində daş olanlarda, döş fəqərələrində yırtıq, sürüşmə və ya osteoxondrozdan əziyyət çəkənlərdə, həmçinin daimi küləkli məkanlarda işləyənlərdə rast gəlinir.
 
Aztibb.az-ın xəbərinə görə, həkim-fitoterapevt Fizuli Hüseynov "Facebook" sosial şəbəkəsində bu barədə məlumat paylaşıb. 
 
Həkim bildirib ki, əzələlərin iltihabı və sərtləşməsi güclü ağrı, kürəkarası sahədə şişkinliklə müşayiət olunur ki, ağrılı nahiyəni kobud şəkildə əzmək və birdən-birə sərt hərəkətlərlə masaj etmək olmaz.
 
Bəs nə etməli? 
 
Qulunc üçün xalq təbabəti üsulları:
 
- 1 stəkan zeytun yağının içinə 1 xörək qaşığı udi hindi tozu qarışdırılır və kürək nahiyəsi yavaş-yavaş ovxalanır.
 
- 1 ədəd portağal və ya 2 ədəd limonun qabıqları qurudulur, toz halına salınır, qara zirə yağı ilə qarışdırılır, isidildikdən sonra bez parçası bu yağda isladılır və qulunc nahiyəsinə təpitmə şəklində qoyulur.
 
- Qoz böyüklükdə acırğa (qıtıqotu, rus dilində "хрен") kökü, bir ədəd ortaölçülü kartofu və kartof böyüklükdə qoyun quyruğunu ətçəkən maşından keçirib, qarışdırıb yarım saat quluncun üstündə saxlamaq olar. Bacardığınız qədər çox saxlaya bilsəniz, daha yaxşı nəticə əldə etmək mükündür.
 
- Böyük bir kələm yarpağı qaynayan suyun içində 2 dəqiqə qaynadılır və isti vəziyyətdə quluncun üstünə təpitmə qoyulur, üzəri yun parça ilə örtülür.
 
Miozit bəzən soyuqdəymə nəticəsində baş verir. Bu zaman 4-5 stəkan su tutan çaynikdə 1 çay qaşığı kəklikotu, 1 çay qaşığı qara çay, 1 çay qaşığı məkkəgülü və 1 xörək qaşığı cökəçiçəyi qarışdırılaraq dəmlənir, zoğal mürəbbəsi ilə bir-iki dəfəyə yavaş-yavaş içilir. Güclü tərlədici təsir edir və qulunc nahiyəsində əzələ yumşalır. 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev