Bir dərdin "dərmanı" bizə yeni dərd gətirməsin deyə... - Həkim məsləhəti
06.10.2021 11:53
Revmatizmal ağrıkəsicilər başda olmaqla, məlumatsız, uzunmüddətli və yüksək dozada qəbul edilən ağrıkəsicilər, həkim göstərişi olmadan içilən antibiotiklər böyrəklərdə yığılaraq qılcal damar sistemində qan dövranını pozur və süzmə funksiyasına mənfi təsir göstərir.
 
Aztibb.az xəbər verir ki, bu barədə nefroloq Barat Yusubov sosial şəbəkədə məlumat paylaşıb.
 
Həkim bildirib ki, böyrək sağlamlığını qorumaq üçün dərmanları mütləq su ilə qəbul etmək lazımdır. Kola tipli içkilərdə duz tutan maddələr vardır. Buna görə də bu tip içkilərlə dərman içmək olmaz. Antibiotiklər onsuz da böyrək funksiyalarının ləngiməsinə səbəb olur. Buna görə də antibiotiklər kola tipli içkilər və ya ayranla içilərsə, böyrəklərdə həddindən artıq yük yarada bilər.
 
O, əlavə edib ki, şəkərli diabet xəstələrində böyrək patalogiyası varsa, həkim tərəfindən böyrək yükünü azaldan dərman təyin olunmalıdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev