"Düz otur! Dik dur! Belini əymə!" Hər yaşda görülən – KİFOZ
06.10.2021 11:07
Yəqin ki, bu sözləri gün ərzində kifayət qədər eşitmisiniz. Onurğa sütunun yuxarı hissəsinin normaldan daha yuvarlaq görünməsi kifoz xəstəliyinin əlamətidir. Hər yaşda görülə bilən xəstəlikdir.
 
Yeni doğulan körpənin onurğa sütunu birinci fəqərədən başlayaraq büzdümə qədər kifotik vəziyyətdə olur, yaş artdıqca əvvəlcə bel nahiyyəsində önə doğru əyilmə (lordoz), daha sonra isə döş nahiyyəsində arxaya doğru əyilmə (kifoz) əmələ gəlir. Beləliklə, onurğa sütunu yandan baxıldığı zaman “S” şəklini alır.
 
Onurğada təbii olaraq yaranmış bu əyriliklər bədənin və başın ağırlığını daşımağa və bədən tarazlığını saxlamağa kömək edir. Döş nahiyyəsində olan əyrilik normaldan daha çox olarsa, bu zaman kifoz xəstəliyi yaranır.
 
Kifoz halı qadınlara nisbətən kişilərdə daha çox görülür. Qızlarda yetkinlik dövrü süd vəzlərinin inkişafı ilə bərabər döş nahiyyəsindəki əyrilik də artır. Bu qızların utanması və ya süd vəzlərinin həcminin böyük olması ilə əlaqədar olabilər.
 
Travma və inkişaf anormallıqları, degenerativ disk xəstəliyi, iltihabi və yoluxucu xəstəliklər kifozun səbəbləridir.
 
Kifoz xəstələrdə əsasən ağrı əlaməti onurğa sütununun döş hissəsində əmələ gələn qabarıqlıqla özünü göstərir.
 
Kifozun müalicə metodları xəstənin yaşından, əyriliyin dərəcəsi və artma intensivliyindən, yaranma səbəbindən, ağrı və digər mövcud olan simptomlardan və s. asılı olaraq dəyişə bilər.
 
Xəstəliyin aradan qaldırılması məqsədilə konservativ müalicə, korset və cərrahi üsullar tətbiq olunur.
 
onurğa cərrahı Elviz Qasımov
 
Aztibb.az
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib