Xərçəngin inkişafı riskini aşağı salan İÇKİ - TƏDQİQAT
05.10.2021 11:08

Yaponiyalı tədqiqatçı, kənd təsərrüfatı elmləri doktoru Yeiti Fukusima onkoloji şişlər və insultun inkişafı riskini aşağı salan içkini açıqlayıb.

 

Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir ki, Y.Fukusima yaşıl çayın ürək-damar sistemi vəziyyətinə xeyirli təsirini təsdiq edən və insult səbəbindən ölüm risklərini azaltdığının müəyyən edildiyi bir neçə elmi-tədqiqat işlərin nəticələrinə istinad edir. Bundan başqa, bəzi tədqiqatlar göstərib ki, yaşıl çayın istifadəsi yumurtalıq, ağciyər və endometriya xərçənginin inkişafı ehtimalını aşağı salır.

 

"Yaşıl çayda olan polifenollar çay katexinləri adlandırılır. Onlar güclü antioksidant təsirə malikdirlər", - deyə tədqiqatçı bildirib.

 

O, həmçinin qeyd edib ki, içki piy ehtiyatların azalmasının sürətlənməsinə imkan yaradır, o cümlədən istifadədən bir neçə ay sonra qrip olma riskini də aşağı salır. Bu, tərkibində katexin və teaninin mövcudluğu nəticəsində baş verir.

 

Hər orqanizm unikal olduğu üçün istifadədən əvvəl mütəxəssisin əyani konsultasiyası zəruridir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev