Ani ürək ölümü zamanı ilkin tibbi yardım necə göstərilməli? - Kardioloqdan həyati vacib TÖVSİYƏLƏR
05.10.2021 08:07
Bir çox insanın televizor və ya İnternetdə, bəzilərinin isə həyatda rastlaşdığı hadisələrdən biri: yaşından asılı olmadan tam sağlam görünən bir insan qəflətən yıxılır və huşunu itirir. Çox qısa zamanda müdaxilə olunmazsa, həyatını itirir. Bu hadisəyə qəfləti ölüm deyilir.
Bu barədə məlumatı kardioloq-aritmoloq Emin Kərimli verib. O, bildirib ki, qəfləti ölüm səbəbi ürəkdirsə (ən sıx rastlanan səbəb), buna qəfləti ürək ölümü (QÜÖ) deyilir. QÜÖ nadir hadisə deyildir. Belə ki, o bütün ölümlərin 15-20%-ni təşkil edir. Bütün yaşlarda görülsə də, 98% halda xəstələrin yaşı 35-dən çox olur.
Bəs nə üçün sağlam görünən insan QÜÖ keçirdir? Səbəb bu insanların sağlam görünsələr də bəzən aşkar, bəzən isə gizli ürək xəstəliklərinin olmasıdır. Bir çoxları ürək xəstəliklərinin olmasından xəbərdar olmur və heç bir müalicə də almır. QÜÖ səbəb olacaq ürək xəstəliklərinə miokard infarktı (80% halda), ürək yetməzliyi (15% halda), aortanın cırılması, ürək əzələsinin iltihabı, qapaq xəstəlikləri, WPW sindromu, genetik xəstəliklər (Brugada, uzun QT sindromu, ARVD) və s. aiddir. QÜÖ-yə səbəb olan, əsasən bu xəstəliklərin nəticəsi olaraq yaranan ölümcül aritmiyalardır.
Kardioloq "Ani ürək ölümünün qarşısını almaq olarmı?" sualına da aydınlıq gətirib: "Təəssüf ki, bir çoxlarının dediyi kimi QÜÖ keçirənə qədər ürək xəstəliklərinin olmasından xəbərləri olmur. Onlar yalnız QÜÖ keçirdikdən sonra sağ qalarlarsa, həkimə müraciət edirlər. Bu səbəbdən hər bir vətəndaş qarşısında kimsə QÜÖ keçirərsə, təcili tibbi yardım gəlmədən ilkin yardım etməyi bacarmalıdır".
Belə bir hadisə baş verərsə, nə etməli?
1. Huşsuz insan görüncə təksinizsə, mütləq kimisə yardıma çağırın. Təcili yardım xidmətinə zəng vurun.
2. Şəxsin başını arxaya qatlayın. Bu, tənəffüs yollarının qapanmamasına kömək olur. Dişlər qıc olsa belə, qətiyyən çənəni hər hansı bir əşya ilə açmağa çalışmayın. Əlinizi xəstənin ağzına salmayın.
3. Şəxs həqiqətən ürək ölümü keçirirmi? Bunun üçün öncə yuxu arteriyası üzərində nəbzləri yoxlayın. Əgər nəbz hiss etməsəniz və insan huşsuzdursa, ürəyin qapalı masajına (ÜQM) başlayın. Əgər nəbz hiss etməyinizdə şübhəniz varsa, yenə də ÜQM edin. Unutmayın ki, sizin yanlışlıqla ÜQM etməməyiniz yanlışlıqla ÜQM etməyinizdən daha təhlükəlidir.
4. ÜQM necə icra olunur? Bir əlin ovucunu döş sümüyünün mədə tərəfdən olan 1/3 hissəsi üzərinə yerləşdirin. Digər əlinizi həmin ovucun üzərinə qoyun. Dirsəklərinizi bükməyin və bədəninizin çəkisi hesabına masaja başlayın. Təxminən 2 saniyə ərzində 3 masaj hərəkəti edin (dəqiqədə 90-100 dəfə).
5. ÜQM-yə ara verməyin, təcili yardım gələnə və ya şəxsin huşu bərpa olunana qədər masajı davam edin. Əgər yoruldunuzsa, kimdənsə sizin yerinizə masajı davam etdirməyi xahiş edin.
6. Əgər huş bərpa olunarsa, şəxsi böyrü üstə çevirin. Başının altına yumşaq bir əşya qoyun. Bu, şəxsin qusuntusu olarsa, qusuntu kütləsi ilə boğulmağının qarşısını alır.
QÜÖ keçirmiş və sağ qalmış xəstələrdə, həmçinin əvvəlcədən bilinən miokard infarktı, ürək yetməzliyi, ürəyin genetik xəstəlikləri və s. olanlarda gələcəkdə QÜÖ-nün yenidən başvermə ehtimalı yüksəkdir. Bunun qarşısını almaq üçün belə yüksək riskli xəstələrə Kardioverter-Defibrilyator (İCD) cihazı implantə edilir.
"QÜÖ-dən qorunmağın ən yaxşı yolu hadisə baş vermədən öncə profilaktik kardioloji müayinələrdir", - deyə həkim əlavə edib.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

