Uşaqları tənəffüs yollarının yad cisimlərdən qorumaq üçün çeynəmə vərdişinin öyrədilməsi vacibdir
04.10.2021 18:06

Tənəffüs yollarında yad cisimlərinə uşaqlarda və böyüklərdə rast gəlmək mümkündür. Yad cisimlər bərk və yumşaq olur. Ən təhlükəli yad cisim qalvanik batareyalardır. Həmin cismin tərkibi qələvi olduğuna görə toxuma ilə təmas edərkən turşuya nisbətdə daha dərin hüceyrə ölümünə (nekroz) səbəb olur. Turşular koaqulyasion nekroz, qələvilər isə kollikvasion nekroz əmələ gətirir. Tənəffüs yollarının yad cisimləri burun, burun-udlaq, valekula, armudabənzər ciblər, qırtlaq, traxeya (nəfəs borusu), bronxlar və ağciyərlərdə qala bilər.

 

Aztibb.az xəbər verir ki, bunu həkim-otorinolarinqoloq Sevinc Cəfərova uşaqlardın tənəffüs yollarında qalan yad cisimlər barədə danışarkən deyib.

 

Həkim-mütəxəssis qeyd edib ki, valideynlər uşağın bir sıra şikayətlərinə əsasən, burun boşluğunda və ya qırtlaqda yad cismin qaldığını müəyyən edə bilərlər: “Əgər burunun bir dəliyindən gələn ifrazat qoxulu və qanlıdırsa, valideynlər uşağın burnunda yad cisim qaldığından şübhələnə bilərlər. Yad cisim qırtlaq və daha aşağılara düşdükdə isə uşaq öskürməyə başlayır. Belə olan halda, öskürək qoruyucu mexanizm rolunu oynayır, orqanizm yüksək təzyiqli hava axını sayəsində yad cismi xaric etməyə çalışır. Həmin əlamətlər müşahidə edildikdə mütləq həkimə müraciət etmək lazımdır. Təəssüf ki, valideynlər belə olan halda, ilkin olaraq “çöpçü”yə üz tuturlar. Həkimə müraciət edərkən alətlərin sterilliyindən narahatlıq hissi keçirən valideynlər “çöpçü”yə getdikdə gigiyenik qaydaları heç fikirləşmirlər. Valideynlər sonradan baş verə biləcək fəsadları nəzərə alaraq, vaxtında həkimə müraciət edilməlidir”.

 

S.Cəfərovanın dediyinə görə, valideynlər uşaqların tənəffüs yollarına müxtəlif yad cisimlərin düşməməsi üçün diqqətli olmalıdırlar: “Uşaqlara çeynəmə vərdişini öyrətmək vacib şərtlərdəndir. Nəzərə almaq lazımdır ki, uşaqlara daim çox əzilmiş qidaların verilməsi nəticəsində, onların çeynəmə əzələlərinin funksiyası zəifləyir. Həmçinin yemək zamanı danışmaq və ya gülmək qida hissəciyinin aspirasiyasına səbəb olur. Aktiv fiziki hərəkət zamanı ağız boşluğunda heç nə olmamalıdır. Uşaqlar saqqız çeynəyərək aktiv hərəkət edə, qaça bilməzlər. Eyni zamanda, yad cisimlərlə ehtiyatlı davranmaq üçün uşaqların oyuncaqlarına diqqət yetirmək lazımdır. Oyuncaq seçərkən onun kiçik detallardan ibarət olmamasına, yaş qruplarına uyğun istifadəyə yararlı olmasına fikir vermək lazımdır”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev