Artroz xəstəliyi nədir və müalicəsi necə aparılır? - Travmatoloq Müseyib Əhmədov
04.10.2021 16:31

Artroz oynaqların qığırdaq səthinin zədələnməsi, aşılanması, xalq dilində desək, oynaqların duzlaşması ilə müşayiət olunur. Hərəkətsiz, adinamik həyat tərzi, artıq çəki problemləri, yanlış qidalanma və s. artroz xəstəliklərinin artmasına gətirib çıxarır.  

 

Aztibb.az-ın xəbərinə görə, Mərkəzi Gömrük Hospitalının travmatoloqu Müseyib Əhmədov AZTV-də "Səhər" proqramının "Sağlam ol" rubrikasında "Artroz xəstəliyi nədir və müalicəsi necə aparılır?" sualını cavablandırıb.

 

Həkim müsahibəsində artroz xəstəliyinin patogenezində əlavə yüklənmə, oynaq qığırdaqlarının vaxtından əvvəl yeyilməsinin müşahidə olunduğunu deyib. Bildirib ki, artrozların əsasən 4 dərəcəsi var: I, II və müəyyən qədər III dərəcəli xəstələrin konservativ müalicəsini aparmaq mümkündür. Buraya ağrıkəsicilərdən istifadə, reabilitasiyalar, fizioterapiyalar, oynaqdaxili müdaxilələr və s. daxildir. Oynaqdaxili müdaxilələr dedikdə, qığırdaqqoruyucu preparatların yeridilməsi və s. prosedurlar problemi müəyyən qədər aradan qaldıra bilir.

 

"3-cü dərəcənin son mərhələsi, IV dərəcə artrozlarda isə oynaqların dəyişdirilməsi (endoprotezləşdirmə əməliyyatı) qaçılmaz olur", - deyə travmotoloq əlavə edib.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev