Ürəyin işinə mənfi təsir edən VƏRDİŞLƏR
04.10.2021 15:38

Balanslı pəhriz və nizamlı məşqlər ürəyin sağlam olması üçün vacibdir. Bununla bərabər, bəzi vərdişlər ürəyin işinə mənfi təsir edə bilər.

 

Aztibb.az xəbər verir ki, bu gündəlik vərdişlərdən xilas olmaq qaçılmaz görünsə də, ciddi fəsadları ortaya çıxa bilər.

 

Passiv həyat tərzi

 

Kompüter masasının başında, ofisdə monoton iş, evdə oxşar şəraitdə işləmək müasir həyat tərzinin reallıqlarıdır. Bəzən gərgin iş günündən sonra taqət qalmır. Tədqiqatın nəticələrinə görə, oturaq həyat tərzi ürək çatışmazlığı riskini ikiqat artırır.

 

Ayağa qalxın və hər saat ən az beş dəqiqə gəzin. Bu sadə texnika qan axınını normallaşdıracaq və damarların elastik qalmasını təmin edəcək.

 

Stress

 

Gərgin vəziyyətlərdə və stress vaxtı bədəndə adrenalin ifraz olunur, nəbz sürətlənir və bəzən qan təzyiqi yüksəlir. Təəccüblü deyil ki, bir çox xəstəliyin kökündə stress dayanır. Zamanla bu vəziyyət infarkt və insult riskini artıra, həmçinin ürək damarlarına zərər verə bilər.

 

Duzlu qidalar

 

Həddindən artıq natrium ürək xəstəlikləri üçün risk faktoru olan təzyiqi artırır. Bir çox qidalarda həddindən artıq miqdarda duz var və bu, ilk baxışdan həmişə aydın olmur. Konservləşdirilmiş tərəvəz və şorbalar, müxtəlif dondurulmuş yeməklər daha çox duz ehtiva edir.

 

Yuxusuzluq

 

Ürək bütün günü işləyir, yuxusuzluq isə ürək-damar sisteminin özünü bərpa etməsinə mane olur. Yuxunun birinci mərhələsində ürək döyüntüsü və qan təzyiqi aşağı düşür, ikinci fazada yenidən yüksəlir və düşür. Kifayət qədər yatmadıqda kortizol və adrenalin səviyyəsi bədəndə həmişə yüksək olacaq. Yetkinlərə gündə 7-8 saat, yeniyetmələrə isə 9-10 saat yatmaq tövsiyə olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev