İlin sonunadək 5 yeni reabilitasiya müəssisəsi açılacaq
29.08.2020 15:14

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, reabilitasiya infrastrukturunun müasirləşdirilməsi və genişləndirilməsi üçün aparılan işlər davam etdirilir.

 

Aztibb.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlik tərəfindən bu ilin sonunadək Sumqayıt və Şirvan şəhərlərində müasir tələblərə uyğun qurulmuş Reabilitasiya Müəssisələrinin açılması nəzərdə tutulub. Bakının Xəzər rayonunda Müalicə Pansionatı da əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcək.

 

Uşaq bərpa müəssisələri şəbəkəsinin regionlar üzrə genişləndirilməsinə də başlanılıb. Bu məqsədlə Nazirlik Qəbələ və Şəmkir rayonlarında inşa etdirdiyi uşaq reabilitasiya mərkəzlərinin bu ilin sonuna açılmasını planlaşdırır.

 

Təkcə bu ay regionlarda müasir tələblərə uyğun 3 reabilitasiya müəssisəsini istifadəyə verən Nazirlik ümumilikdə 2020-ci ildə 8 belə müəssisənin açılışını nəzərdə tutub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır