Məhsullarda olan vitaminləri necə qoruyub saxlamalı? - QAYDALAR
04.10.2021 09:36

Məlumdur ki, bir çox qida məhsulları  düzgün qaydada bişmədikdə demək olar bütün vitaminlərini itirir.

 

Bu isə gündəlik olaraq qəbul etdiyimiz yeməklərin vitaminsiz olduğuna gətirib çıxarır. Nəzərə alsaq ki, bir çox insanlar gün ərzində təbii meyvə və tərəvəzləri yemirlər, o halda gün ərzində orqanizm lazımi vitamin və minerallardan məhrum olur. Bunun isə sağlamlıq üçün nə qədər təhlükəli olduğunu bilmək lazımdır. Sizə məhsullarda vitaminlərin necə qorunması haqqında bir neçə qaydanı təqdim edirik:

 

- Məhsulları qaranlıq və sərin yerdə saxlayın.

- Meyvə, tərəvəz və göyərtini uzun müddət suda saxlamayın.

- Məhsulları bişirmək üçün hazırladıqda günəş işığı altında saxlamayın.

- Öncədən məhsulları doğramayın, əti ətmaşınından yalnız bişirdiyiniz zaman çəkin.

- Ət və balığı falqaya bükərək sobada bişirdikdə onlarda daha çox vitamin saxlamış oluruq. Unutmayın mikrodalğalı soba xeyirli qidanın düşmənidir.

- Çalışın məhsulları qaynatmaq əvəzinə buxarda bişirin.

- Ətin buzunu soyuducunun aşağı bölməsində və ya otaqda açmağa çalışın, onu suya qoymayın.

- Paxlalı fəsiləsinə aid məhsulların bişdiyi su viatmin və minerallarla zəngin olduğundan onu atmayın, yeməkdə istifadə etməyə çalışın.

- Tərəvəzləri suda bişirdikdə, onları artıq qaynayan suyun içinə atın və qapağı bağlı saxlayın. Belə halda daha az vitamin itirmiş olurlar.

- Bişən yeməyi çox qarışdırmayın.

- Çalışın yeməkləri  az porsiyada, yalnız təzə- təzə bişirin. Bişirilən yeməyi çox saxlamayın.

 

Gün ərzində qida rasionunda mümkün qədər çox təbii meyvə və tərəvəzlərə üstünlük vermək məsləhət görülür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev