"Qurd xəstəlikləri uşaqlarda qarın ağrısının əsas səbəbidir" - Pediatr Günay Rəsulova
03.10.2021 15:42

"Qurd xəstəlikləri uşaqlarda qarın ağrısının əsas səbəbidir".

 

Aztibb.az xəbər verir ki, həkim-pediatr Günay Rəsulova "Uşağın qarnı ağrıyır. Bu, qurddan ola bilərmi?" sualına aydınlıq gətirib.

 

Pediatrın sözlərinə görə, qurdun  verdiyi qarın ağrısının öz xüsusiyyətləri var. Bu zaman ağrı çox şiddətli olmaya bilər. Lakin qarın ağrısı uşağı daim narahat edir, oyun oynadığı yerdə oyunundan ayrırısa, qarın ağrısı ilə bərabər uşaqda iştahsızlıq, yeməktən imtina, çəki almaqda ləngimə varsa, bu zaman qurd xəstəliklərindən şübhələnmək lazımdır:

 

"Bundan başqa, lyambliya zamanı da qarın ağrısı ola bilər. Lyambliya və digər ibtidai parazitar xəstəlikərin verdiyi qarın ağrısı "kramp" tərzində olur. Çox güclü, şiddətli sancı şəkilində olan, keçmək bilməyən, azalmayan, hətta ağrıkəsici tələb edən qarın ağrıları lyambliya ilə əlaqədar ola bilər".

 

Həkim əlavə edib ki, qeyd olunanlardan başqa, ağızdan su axma, diş qıcama, anal dəlik ətrafında qaşınmalar, ağızda qoxu, fiziki inkişafda geriləmə və s.  qurdun digər əlamətləri sırasındadır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev