Sağlam qalmaq istəyirsinizsə, BU QİDALARI YEMƏYİN
03.10.2021 15:41

Bəzi qidalar bədənimizə xeyirdən çox zərər vurur.


Aztibb.az xəbər verir ki, diyetoloqlar mağazada satılan hazır və ya şəkərli qidaların çoxunun beyin hüceyrələri üzərində olduqca mənfi təsirə malik olduğunu bildiriblər. Bu ərzaqlardan bəzilərini təqdim edirik:

 

Şəkərli qidalar həm çəkinin artmasına səbəb olur, həm də yaddaş zəifliyinə gətirib çıxarır.

 

Alkoqolun uzun müddətdə qəbulu qaraciyəri sıradan çıxarmaqla yanaşı, beyində zehni yorğunluğa və diqqətin zəifləməsinə səbəb olur.



Qızarmış yeməklərin piylənmə ilə birbaşa əlaqəsi olduğu məlumdur. Lakin mütəxəsssilər bu qidaların beyin hüceyrələrin yavaş-yavaş öldürdüyü qənaətindədir. Bəzi yağlar digərlərinə görə daha təhlükəlidir. Məsələn, çox qızdırılmış günəbaxan yağı ən zəhərli yağlardan hesab edilir. Dəfələrlə istifadə edilmiş yağlarda bişən yeməklər Alzheymer xəstəliyi və beyin xərçəngi riskini artırır.

 

Çox duzlu yeməklər qan təzyiqini artırır və ürəyə ziddi ziyan vurur. Belə qidalar beyin qan dövranını pozur və nəticədə yaddaş problemi yaranır.


Süni şirinləşdirircilər arıqlamağa çalışan insanların ən çox istifadə etdiyi ərzaqdır. Bu şəkərəvəzedicilərin kalorisi az olsa da, xeyrindən çox ziyanı var. Belə ki, uzun müddət istifadəsi beyində ciddi problemlərə və göz xəstəliklərinə səbəb olur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev