Həkim-pediatr: Pnevmokoka qarşı peyvənd olunmuş uşaqlar sətəlcəmdən 80-90 faiz qorunurlar
02.10.2021 22:14

Payız aylarında daha çox rast gəlinən xəstəliklərdən biri də sətəlcəmdir. Sətəlcəm ağciyərlərin hava kisəciklərinin (alveolalarının) maye və ya irinlə dolmasına səbəb olan bir və ya ikitərəfli infeksiyasıdır. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, sətəlcəm ölümə ən çox səbəb olan xəstəliklər siyahısındadır. Sətəlcəm bakterial, viral və ya göbələk mənşəli olur. Azərbaycanda xüsusilə uşaqlar arasında virus mənşəli sətəlcəm halı daha geniş yayılıb.

 

Aztibb.az xəbər verir ki, bunu həkim-pediatr Telman Aytayev uşaqlarda sətəlcəm xəstəliyi barədə danışarkən deyib.

 

Həkim-mütəxəssis bildirib ki, yeni növ koronavirus (COVID-19) infeksiyası da sətəlcəmə səbəb olur: “COVID-19-un ağırlaşmış forması virus mənşəli sətəlcəmlərə nümunə ola bilər. Sətəlcəmin əsas əlamətləri uzun müddət davam edən bəlğəmli öskürək, yüksək hərarət və halsızlıqdır. Sətəlcəmlərin təxminən 50 faizi viruslar tərəfindən törədilir.

 

Viral pnevmoniyalar soyuqdəymə tipli simptomlarla, adətən quru öskürəklə başlayır, başağrısı, qızdırma, əzələ ağrısı, halsızlıq kimi əlamətlərlə inkişaf edir. Xəstəliyin sonrakı mərhələlərində təngnəfəslik, ağ və ya rəngsiz bəlğəmli öskürək müşahidə edilir. Virus mənşəli sətəlcəmlər simptomatik olaraq müalicə edilir. Virus mənşəli sətəlcəm zamanı xəstədə ikincili olaraq bakterial sətəlcəm də əmələ gələ bilər”.

 

T.Aytayev qeyd edib ki, bakterial sətəlcəmə daha çox pnevmokok adlandırılan mikrob səbəb olur: “Pnevmokok pnevmoniya və meningit kimi kəskin infeksion xəstəliklərə və onların ağır fəsadlarına səbəb ola bilən bakteriyadır. Həmin bakteriya ilə yoluxmanın qarşısını peyvəndləmə ilə almaq mümkündür. Nəzərə almaq lazımdır ki, Azərbaycanda tətbiq edilən Milli Peyvənd təqvimində pnevmokok əleyhinə peyvənd mövcuddur. Uşaq pnevmokoka qarşı peyvənd olunduğu zaman həmin xəstəlikdən 80-90 faiz qorunmuş olur. Bakterial sətəlcəmin müalicəsi antibiotiklər vasitəsilə aparılır. Pnevmokok bakteriyasının xüsusilə uşaqlar üçün təhlükəli olduğunu nəzərə alaraq, valideynlər uşaqlarını mütləq vaxtından peyvənd etdirməlidirlər”.

ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
D vitamini çatışmazlığı sümüklərin sağlamlığına necə təsir edir?
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində 
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses  
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstanın tibb müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
NDU-nun Tibb fakültəsinin tələbələri Akdeniz Universitetində klinik təcrübələrini uğurla davam etdirirlər
Erkən diaqnoz və düzgün müalicə pnevmoniyanın ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır
Pirallahı Tibb Mərkəzində könüllü qanvermə aksiyası keçirilib
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Yeni Klinikada ilk laporoskopik parsial nefrektomiya əməliyyatı uğurla icra olunub  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşı Çində beynəlxalq seminarda iştirak edir
 Qusarda Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin 13-cü Regional Konfransı keçirilib