Razyana çayının möcüzəvi FAYDALARI
02.10.2021 09:02

Vitamin baxımından zəngin razyana bitkisi dəmləmə üsulu ilə çay kimi içilir.  Yeməklərdə də istifadə edilən bu bitki fərqli müddətdə və iqlimdə yetişir.

 

Aztibb.az xəbər verir ki, tərkibi maqnezium və dəmir ilə zəngin olan razyana göz, səs və immunitetlə bağlı məsləhət edilən müalicə üsullarındandır.

 

Razyananın tərkibində A, D və C vitaminləri də mövcuddur. Gün ərzində mütəmadi içildiyi zaman yuxu problemini normaya salır. 

Qan azlığına qarşıdır.

Dəri problemlərini yaxşılaşdırır.

Qan təzyiqinin tənzimlənməsinə kömək edir.

Göz quruluğu və təzyiqi normallaşdırır.

Mədə asidini tarazlaşdıraraq xoralar və turşuluğa qarşı faydalıdır.

Daha rahat yatmağı təmin edır.

Aclıq hissini azaldar. Südverən analarda südün artmasına kömək edır.

Mensturasiya sancılarını azaldır.

Həzm sistemini rahatladır, yağ yandırmağa kömək edir.

Diş əti iltihablarında da faydalıdır.

Gün ərzində axşam saatlarda içilməsi məsləhət edilir.

Hər yaşda olanlar istifadə edə bilər. Belə ki, körpələrdə də qaz və şişkinliyi azaldır.

Mütəxəssislər tərəfindən məsləhət edilən miqdar gün ərzində  bir fincandır. Güclü tərkibi ilə həddindən artıq istifadəsi zərərli ola bilər.

Axsam bir fincan razyana çayı yuxu problemi olanları rahatladar, gərginliyi azaldar. Beləliklə, yuxuya getməyinizi asanlaşdırar, yuxu keyfiyyətini artırar.

 

Dəmləmə resepti:

 

Razyana çayı üçün razyana toxumu lazımdır. Dəmlənməsi üçün əvvəlcə toxumlarını əzməlisiniz. Daha sonra qaynadılmış suya əlavə edin. Qapağı örtərək 5 dəqiqə dəmləməyə qoyun, süzüb, isti-isti için. Diqqət edilməsi əsas məqam odur ki, qaynar suyun içinə atdıqdan sonra suyu ocaqdan götürməli və təkrar qaynatmamalısınız.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev