Antibakterial sabunlardan istifadə göbələk xəstəliyi yarada bilər
02.10.2021 08:51

Antibakterial sabunlar mikrobların daxil olmasına mane olan "qoruyucu təbəqənin" əmələ gəlmələsini təmin edir. Adətən antibakterial sabunun tərkibində triklozan (duru sabunda) və ya triklokorban (adi sabunda) vardır. Hər iki komponent pis yuyulur və heç də zərərsiz deyil. Bu maddələrin təsiri ondan ibarətdir ki, o, fermentin işini dayandırır və bakteriyalara qarşı "qoruyucu təbəqə" yaradaraq onların məhv olmasına gətirir. 

 

Aztibb.az xəbər verir ki, antibakterial preparatlar ziyanlı bakteriyalarla bərabər, dəriyə çəpər funksiyasını təmin edən xeyirli bakteriyaları da məhv edirlər. Bu isə onun həssaslığına gətirib çıxarır və göbələk problemi kimi xəstəliklərin yaranmasına səbəb olur. Bu sabunlarda olan komponentlər, hormonal dəyişikliklərə, həmçinin allergiyanın əmələ gəlməsinə də şərait yarada bilər. Onun immun sistemə təsiri də mənfidir.

 

Bu sabunlardan gündəlik deyil, yalnız müstəsna hallarda istifadə etmək məsləhət görülür:

 

- dərini kiçik cızıq, yara və zədələnmələrdən dezinfeksiya etmək üçün;

- ictimai yerlərdə olduqdan sonra (ictimai nəqliyyat, tualet);

- çirkli səthlə kontaktda olduqdan sonra (pilləkənin sürahisı, zibil qabının qapağı və s.);

- klinika və tibb müəsissələrindən gəldikdə;

- heyvanlar və xəstə insanlarla kontaktdan sonra.

 

Unutmayın ki, zamanla bakteriyalarda antibakterial sabunların komponentlərinə qarşı davamlılıq yaranır. Bu səbəbdən periodik olaraq istifadə etdiyiniz sabun markalarınız dəyişməyə çalışın.

 

Antibakterial sabunla yuduqda bəzi qaydalara əməl etmək zəruridir:

 

- bu sabunla yalnız əllərinizi yuyun, bədən və saçlar üçün yararsızdır;

- sabun köpüyü dəridə 20 saniyədən çox qalmamaldır;

- bu sabunu əllərdən uzunmüddətli yuyub təmizləmək lazımdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev