Dəm qazı ilə zəhərlənmə zamanı İLK YARDIM
02.10.2021 08:44

Dəm qazı ilə zəhərlənmə yaşadığımız dövrdə tez-tez rast gəlinən bədbəxt hadisələrdəndir. Bu bədbəxtlikdən qurtulmaq üçün, ilk növbədə bütün yollarla onun qarşısını almaq lazımdır.

 

Bunun üçün isə evlərdə təhlükəli qaz sobalarından istifadə etməmək, qaz kolonkası yanarkən uşağı uzun müddət hamam otağında tək qoymamaq və s. kimi qoruyucu tədbirlər yerinə yetirilməlidir.

 

Aztibb.az dəm qazı ilə zəhərlənməni müəyyən etmək üsullarını təqdim edir:

 

Dəm qazı ilə yüngül zəhərlənmə zamanı zərərçəkəndə başgicəllənmə, baş ağrısı, quru öskürək, ürəkbulanma, qusma kimi əlamətlər meydana çıxır. Daha ağır zəhərlənmə zamanı isə qıcolmalar, huşun uzun müddət itirilməsi, beyin ödemi, ürəyin zədələnməsi baş verir. Yadda saxlamaq lazımdır ki, kiçik yaşlı uşaqlar az miqdarda dəm qazından həyatlarını itirə bilərlər.

 

Dəm qazı ilə zəhərlənmə zamanı ilk tibbi yardım:

 

- zərərçəkəni dərhal açıq havaya çıxarmaq (balkona, çölə);

- əynindəki paltarın yaxasını, kəmərini və s. açmaq;

- ona yarıoturaq vəziyyət vermək (ağ ciyər ödeminin qarşısını almaq üçün);

- zərərçəkənin alnına, sinəsinə soyuq kompres qoymaq;

- əgər zərərçəkən nəfəs almırsa və ürək dayanmışsa dərhal reanimasiya tədbirlərinə başlayın (ürəyin xarici masajı və süni tənəffüs).

 

Dəm qazı ilə zəhərlənmənin ilk əlamətləri meydana çıxan kimi dərhal "təcili yardım" çağırmaq lazımdır. Hətta zərərçəkəni vəziyyətdən çıxardığınızı hesab etsəniz belə heç bir halda "təcili yardım" çağırışını ləğv etməyin.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev