İnfarktdan sonrakı MÜALİCƏ METODLARI
01.10.2021 18:05
İnfarktın müalicəsində tıxanıqlığı əridən dərmanlar, balon və stent taxılması (angioqrafiya) və ya bypass əməliyyatı istifadə olunur. Bəzən bu müalicə metodlarından bir-birini tamamlamaq şərtilə istifadə edirik.
 
Aztibb.az xəbər verir ki, ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev infarktın xəstəxana şəraitində diaqnozu və müalicəsi haqqında məlumat paylaşıb.
 
Həkim qeyd edib ki, əvvəllər xəstələrdə damarı açmadan, dərmanlarla müalicə təyin edilirdi. Preparatlarla (trombolitik) damar tıxanıqlığı əridilməyə çalışılırdı:
 
"Angioqrafiya ilə xəstənin infarkta səbəb olan tıxanmış damarı müəyyənləşdirilir və o damar açılır. Damar açıldıqdan sonra oraya stent implantasiyası edilir. İnfarkta səbəb olan damar açıldıqdan sonra xəstəyə artıq digər dərman preparatları (qansulandırıcı, nitroqliserin, xolesterin, aritmiya əleyhinə, qan təzyiqini və nəbzi aşağı salmaq üçün dərman preparatları) təyin olunur.
 
Bypass əməliyyatı ilə isə bədənin qol, ayaq kimi digər nahiyələrindən alınan damarlar, tıxanmış ürək damarlarına təkrar qan axımını təmin etmək üçün istifadə edilir. Nəticədə bu damarların qidalandırdığı miokard infarktı olan hissələrə lazımınca qan axımı təmin olunur".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev