Oynaqlarda iltihabı azaldan Lazer terapiyası/GÖSTƏRİŞLƏR
01.10.2021 17:49
Yüksək intensivlikli Lazer terapiyası və ya HİLT-terapiya (ing. HILT – High Energy Laser Therapy) qısamüddətli pulsasiyaedici impulslar hesabına toxumalara qızdırıcı təsir yaratmayaraq, fotomexaniki dalğavari təsir göstərir.
 
Aztibb.az xəbər verir ki, tanınmış reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mütəxəssis, osteopat Pərvin Əkbərov bu barədə məlumat paylaşıb.
 
Həkimin sözlərinə görə, bu terapiya oynaqlarda iltihabi azaldıb bərpaedici prosesləri sürətləndirir. Əzələlərdə analgetik effekt yaradaraq kontrakturanı aradan qaldırır. Qan və limfa sisteminə olan təsiri toxumaların qidalı maddələrlə təchizatını gücləndirərək maye reabsorbsiyasını artırmaqla izah olunur.
 
Lazer terapiyası həm kəskin travmatik zədələnmələr zamanı, həm də oynaqların xroniki xəstəlikləri və degenerativ dəyişiklikləri zamanı istifadə edilə bilər.
 
Göstərişlər:
 
- əzələ yırtıqları
- artroz
- qığırdaqlarda gedən degenerativ dəyişikliklər
- vətərlərin dartınması
- osteoartrit
- oynaqların degrenativ zədələnməsi
- əzələ spazmı
- bursit
- artrit
- sinovit
- kapsulit
- travmatik epikondilit (tenisçi dirsəyi)
- ağrılı trigger nöqtələri
- oynaqlarda müxtəlif ağrılar
- tendenit və tenosinovit
- idman travmaları
- xondropatiyalar
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev