Meyvə və tərəvəzlərdən istifadə uşaqların psixi sağlamlığını yaxşılaşdırır - TƏDQİQAT
28.09.2021 14:48

Şərqi İngiltərə Universitetinin yeni tədqiqatına əsasən, daha çox meyvə və tərəvəz istifadə edən uşaqlar ən yaxşı psixi sağlamlığa malikdirlər.

 

Aztibb.az medikforum.ru-ya istinadən xəbər verir ki, tədqiqat "BMJ Nutrition, Prevention & Health" jurnalında dərc olunub.

 

Alimlər orta məktəb şagirdləri arasında böyük miqdarda meyvə və tərəvəzin istifadəsinin əhvalın yaxşılaşması ilə bağlılğını göstəriblər. Gündə meyvə və tərəvəzlərin beş və ya daha çox porsiyasını istehlak edən uşaqlar psixi sabitliyin ən yüksək göstəricilərinə malikdirlər.

 

Tədqiqat qrupu 50 məktəbdə 9000 uşağın məlumatlarını analiz edib. Tədqiqatda iştirak etmiş uşaqlar özləri öz pəhrizindən danışıblar. Həmçinin onların psixi sağlamlıqları sınaqdan keçirilib.

 

Alimlər qeyd edirlər ki, bütün uşaqlar arasında keyfiyyətli qidalanmanın mümkünlüyünü təmin etmək üçün ictimai səhiyyə strategiyaları və məktəb siyasətini hazırlamaq lazımdır. Bu, psixi sağlamlığı optimallaşdırmağa və uşaqlara öz potensialından tamamilə istifadə etməyə imkan verəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev