Ürək-damar cərrahiyyə uzmanı: "Şahdamarda daralma iflicə səbəb ola bilər"
28.09.2021 11:36
Şahdamar boyun hissəsində olur və beyini qan ilə qidalandıran ən vacib damardır. Şahdamarda daralma və ya tıxanma çox təhlükəlidir. Şahdamar darlığı ən böyük iflic səbəbidir.
 
Aztibb.az xəbər verir ki, bu barədə ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat paylaşıb.
 
Həkimin sözlərinə görə, damar darlığı zamanı beyinin qanla qidalanması azalır və ya darlıq bölgəsindən beyinə tromb atılaraq insulta səbəb olur. Damar tam tutulduqdan sonra müalicəyə ehtiyac yoxdur və ya mümkün deyildir. Lakin damar daraldığı zaman beyinə tromb gedə və bu böyük fəsadlarla nəticələnə bilər:
 
- Gözlərdə qısamüddətli qaralma;
- Üzdə və ya qolda keyimə, iynələnmə və ya gücsüzlük hissi;
- Qol və ayaqlarda insult;
- Danışığın pozulması, danışılanı eşitməmə və başa düşməmə;
- Beyinə tromb atılmamışdan əvvəl keçməyən baş gicəllənməsi.
 
Daralma 50%-dən çoxdursa və şikayətlərə səbəb olursa, damarın açılması vacibdir.
 
"Müalicə darlığın əməliyyatla və ya stent yerləşdirilərək açılmasından ibarətdir. Yüngül hallarda sadəcə dərman müalicəsi ilə yarım saatlıq bir prosedurda problemi həll etmək mümkün olur", - deyə həkim əlavə edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev