Holoqram vasitəsilə toxunmaq və hiss etmək mümkün olacaq - İXTİRA
27.09.2021 16:27

Qlazqo Universitetinin alimləri hava təzyiqi vasitəsilə hiss edilə bilən holoqram sistemi hazırlayıblar. İxtira əl hərəkətlərinə cavab olaraq insana kifayət qədər hava təzyiqinin təsir etməsini nəzərdə tutub.

 

Aztibb.az theconversation.com saytına istinadən xəbər verir ki, yeni sistemin sınaqları zamanı basketbol topundan istifadə edilib. Uğurlu keçən sınaqlar zamanı topa toxunmaq, yuvarlamaq, hətta zərbə endirmək mümkün olub. Hava axını barmaqlara, əllərə, biləklərə toxunma hissi verir.


Yaxın gələcəkdə bu texnologiyanın inkişaf etdirilməsi ilə dünyanın müxtəlif ölkələrində olan iş ortaqları və ya digər şəxslərlə əl sıxıb görüşmək, o cümlədən onların qoxusunu hiss etmək mümkün olacaq.
Elm üçün böyük sıçrayış hesab olunan bu ixtira nəticəsində insanların virtual avatarları realdan seçilməyəcək.


Tədqiqatçıların sözlərinə görə, isti və soyuq səthələri hiss etmək üçün hava axının temperaturunun dəyişdirilməsi də nəzərdə tutulur.


Bu ixtiranın tibbdə, eləcə də video-oyunlarda və videokonfranslarda yeni imkanlar açacağı gözlənilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır