Alimlər insan ömrünü qısaldan məhsulları AÇIQLADI
27.09.2021 15:34

Mayo Klinikasının həkimləri potensial olaraq insan ömrünün müddətinin azalmasına səbəb olan məhsulları açıqlayıblar.

 

Aztibb.az medikforum.ru-ya istinadən xəbər verir ki, klinikanın diyetoloqu Liza Torborqun tövsiyəsinə əsasən, rasiondan emal edilmiş komponentlərdən ibarət məhsulları çıxarmaq lazımdır. Kolbasa kimi tərkibində doymuş piylər və duzlar olan məmulatlar siyahıda ilk sıralardadır. Mütəxəssisin sözlərinə görə, məhz belə qidalar erkən ölüm riskinin artmasına imkan yaradır.

 

"Tədqiqatlardan birində qırmızı ətin müntəzəm istifadəsi və ürək-damar sistemi, onkoloji, xüsusən qalın bağırsaq xərçəngi xəstəlikləri riskinin artması arasında əlaqə müəyyən edilib ", - deyə L.Torborq xəbərdarlıq edib.

 

Bundan başqa, klinikanın kardioloqu Stefen Kopeski bildirib ki, şəkər ehtiva edən məhsulların, həmçinin qızardılmış yeməklərin həddən artıq istifadəsi ürək, damar və diabet xəstəliklərinin inkişafı ehtimalını yüksəldir və insan ömrünün müddətinə təsir edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev