Meteorizm: SƏBƏBLƏRİ və MÜALİCƏSİ
27.09.2021 12:05

Meteorizm (köpmə) bağırsaqlarda qazların miqdarının artmasıdır. O, bağırsaqlarda qıcqırma və onun çürüməsi ilə əmələ gəlir. Meteorizm zamanı bağırsaqlarda olan qazlar diafraqmanı sıxıb yuxarıya qaldırır. Bu zaman ürəyin və ağ ciyərlərin fəaliyyəti çətinləşir.

 

Aztibb.az xəbər verir ki, meteorizmin səbəbləri mexaniki və patoloji ola bilər:

 

Mexaniki səbəblər:

 

– qaz əmələ gətirən qidaların çox miqdarda qəbulu (paxlalılar, kələm, alma və s.);
-qıcqırmanı artıran qidaların qəbulu (qara çörək, turş tərəvəz və meyvələr və s.);
– qida zamanı çox miqdar maye qəbulu;
– uzun müddət yemək yeməyib, sonrasında çox miqdar qida qəbulu və s.

 

Patoloji səbəblər:


-disbakterioz;
– mədə-bağırsaq xəstəlikləri (kolit, qaraciyər sirrozu, pankreatit və s.);
– bağırsaq qurdları və parazitləri;
– sinir sistemi xəstəlikləri və s.

 

Köp zamanı diafraqma sıxıldığına görə, qan dövranı və tənəffüslə bağlı, diurez və defekasiya aktı ilə bağlı xəstələrdə ciddi çətinliklər yarana bilər.

 

Müayinə və doğru toplanmış anamnezdən sonra, pasiyentlerə pəhriz və müalicə təyin etmək məqsədəuyğundur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev