Payız depressiyasının SƏBƏBLƏRİ
27.09.2021 09:05

Təbiətdə baş verən fəsil dəyişikliyi, günəş işığının azalması, havaların soyuması, arxada qalan yay xatirələri, romantik duyğular qəmgin ovqat yaradır, əhval-ruhiyyən aşağı düşməsinə səbəb olur. İlin bu fəsli bəziləri üçün depressiya, tənhalıq və həvəsin azalması kimi hisslər gətirir. Payız depressiyası həmin hisslərin təsiri nəticəsində yaranır.

 

Fəsil dəyişikliyi zamanı ona uyğunlaşmaqda çətinliklə üzləşənlər olur. Psixoloqlar payız fəslində insanlarda həssaslaşma, depressiv halların daha çox müşahidə edildiyini söyləyirlər. Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərovanın məlumata görə, Günəş işığının azalması depressiyanı yaradan əsas səbəblərdən biridir: “Payız fəslində bəzi insanlarda həssaslaşma, hətta depressiv hallar da baş verir. Həmin hal fiziki passivliyi olanlar, oturaq iş şəraitində işləyənlər, daha çox intellektual əmək sərf edənlərdə müşahidə olunur. Qəm-qüssə, hər şeyə marağın itməsi, yuxusuzluq və ya yuxululuq, konsentrasiya və ya diqqətin pozulması, xarakterin dəyişməsi, əsəbilik, oyanıqlıq, tez qıcıqlanma, iştahanın dəyişməsi-artması və ya olmaması payız depressiyasının əlamətləri hesab olunur. Gecələr uzandıqca, gündüzlər qısaldıqca onlar yatmağa daha çox meylli olurlar. Tez oyanmaq, işə tez başlamaq onlarda həyəcan yaradır, hansısa işin dalınca getməyə həvəsli olmur və hər şeydən soyuyurlar. yaşla əlaqədar depressiyaya da düşmək halları da olur”.

 

Psixoloqun fikrincə, depressiyadan xilas olmaq üçün ilk növbədə günü rejimə salmaq, gecələr 8 saatdan az olmayaraq yatmaq lazımdır: "Çox mühüm məsələlərdən biri dörd divar arasında qapanıb qalmamaq, dost və yaxınlara vaxt ayırmaqdan ibarətdir. Kafedə yaxın dostlarla içilən bir fincan çay bəzən bir psixoloqun seansını əvəz edə bilər. Ovqatı yaxşılaşdıran məsələlər haqqında düşünmək və onları həyata keçirməyə çalışmaq lazımdır. Tünd çay və qəhvənin miqdarını bir qədər azaltmaq və onların əvəzinə tonuslandırıcı bitki çayları, məsələn, itburnu və ya eleuterokok dəmləməsi içmək, tünd şokolad yemək əhvalı yaxşılaşdırır. Qida rasionuna mütləq təzə meyvə və tərəvəzlər daxil edilməlidir”.

 

Həmsöhbətimiz daha sonra deyib: “Bunlardan başqa fiziki fəallığı artırmaq, hərəkət etmək və təmiz havada olmaq payız depressiyasından xilas olmağın ən yaxşı üsullarından sayılır. Səhərlər bir-iki fiziki hərəkət etmək həm əhvalı yaxşılaşdırır, həm də iradə nümayişinə görə özünə inam hissini artırır. Piyada gəzməyə üstünlük verilməsi də vəziyyətdən çıxmağa çox yaxşı kömək edir”.

 

Qəmgin və üzüntülü vəziyyət uzun müddət narahat edəndə onun səbəblərini araşdırmaq və həyat eşqini artırmaq üçün mütləq həkimə müraciət etmək məsləhətdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev