Sürətlə arıqlamaq infarkt riskini artırır
26.09.2021 14:04

Artıq çəkisi ilə problem yaşayanların ən böyük arzusu qısa müddətdə arıqlamaq, normal bədənə sahib olmaqdır. 


Aztibb.az xəbər verir ki, sürətli çəki itirmək aşağıdakı fəsadlara səbəb ola bilər:


Qanda şəkəri azaldır


Sürətli arıqlamaq üçün aşağı kalorili pəhrizlər qanda şəkərin düşməsinə səbəb olur. Buna səbəb pəhriz zamanı orqanizmin karbohidrat qəbulunun azalmasıdır.


Maddələr mübadiləsini ləngidir


Pəhriz zamanı maddələr mübadiləsi yavaşlayır və bu da bədəndə bəzi problemlərə səbəb olur. 

 

Ürək xəstəliklərinə səbəb olur


Pəhrizin və sürətlə çəki itirməyin zərərləri arasında ən böyük risk daşıyan orqan ürəkdir. Bu səbəbdən bu pəhriz saxlamaq infarkt riskini artırır. Hətta ani ölümlərə də yol aça bilər. Pəhriz saxlayan insan bədənindəki su ilə birlikdə mineralları da itirir. Misal üçün, itirilən natrium, kalium tarazlığın pozulmasına, ürək əzələlərinin mənfi təsirlənməsinə səbəb olur. Aşağı kalori qəbulunun nəticəsində bədən müqavimətdən düşür, əzələ itkisinə uğrayır, ani şəkər və təzyiq düşməsi kimi problemlərin yaranması ölümlə nəticələnəcək riskə yol açır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev