İsti içilən çay xərçəng riskini artırır - Diqqət!
25.09.2021 13:53

Çayı gündəlik həyatımızda çox istifadə edirik. Onu dəmləmək düşündüyümüz qədər asan deyil. Araşdırmalar zamanı bəlli olub ki, çayı dəmləməyin də xüsusi qaydası var.

 

Yanlış dəmlənən çay bir çox xəstəliklərə yol açır. Düzgün dəmlənməyən çayın təkcə dadı pis olmur, həm də sağlamlığa ziyan verir.

 

Çayı ocaq üstündə uzun müddət saxlamaq onun dadının acı olmasına gətirib çıxarır. Çay dəmləndisə, onu götürmək və heç bir halda yenidən ocaq üstünə qoymamaq lazımdır. Çay içəndə onun acı dadı varsa və ya ağzı büzürsə, deməli ocaq üstündə çox qalıb.

 

Ocaqda çox saxlanılan çay hansı fəsadları yaradır:

 

- İlk növbədə mədə xəstəliklərinə gətirib çıxarır. Mədə xorasının yaranma səbəbləri arasında ilk yerdə bu dayanır.

 

- Çox dəmlənən və isti içilən çay xərçəng riskini çoxaldır. Çox qaynayan dəmi ağ suya tökəndə bakteriyalar çoxalır.

 

- Tünd çay qaraciyər üçün də ziyandır və bir çox xəstəliklərin yaranmasına gətirib çxıarır.

 

- Çox qaynayan çay ürəyi zəiflədir, ciddi problemlərin yaranmasına gətirib çıxarır.

 

- Çayı kiçikölçülü qabda dəmləmək, tez bitirmək, ən əsası isə tünd çaydan uzaq olmaq lazımdır. Bu, dəri rəngini də tündləşdirir. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev