Ürək döyüntüsü dayandıqda edilən ilk tibbi yardım QAYDALARI
24.09.2021 17:51

Elektrik cərəyanı vurması, suda boğulma, tənəffüs orqanlarının sıxılması, eləcə də bir sıra xəstəliklər zamanı tənəffüs və ürəyin fəaliyyəti qəfildən dayanır. Bu zaman kliniki ölüm baş verə bilər.

 

Aztibb.az xəbər verir ki, ürək fəaliyyətinin dayanması nəfəsin kəsilməsinə, nəbzin, ürək döyüntüsünün, reflekslərin olmamasına və göz bəbəklərinin genişlənməsinə əsasən aşkar edilir. Belə adamlara süni tənəffüs verilərsə və ürəyi xaricdən masaj olunarsa bir çox hallarda həyatlarını xilas etmək mümkün olur.

 

Hadisə qəza nəticəsində baş verib xəstənin çənəsi yaralanmışsa, alt çənəni bir qədər irəli çəkib, çənəaltını basaraq ağız böşluğunu qan və ya qusuntudan salfetlə təmizləyib, sonra xəstənin burnunu tutub süni tənəfüs vermək lazımdır. Kömək edən şəxs dərindən nəfəs alıb, dodaqlarını yaralının dodağına sıxıb, havanı bərk halda xəstənin nəfəs borusuna üfürməlidir. Hava az-az üfürüldükdə süni tənəffüs səmərəli olmur. Havanı ritmik surətdə 1 dəqiqədə 16-18 dəfə təbii tənəffüs bərpa olunanadək və ya ölüm əlamətləri aydın şəkildə aşkara çıxana qədər üfürmək lazımdır.

 

Ürək fəaliyyəti qəfil dayandıqda onu dərhal xaricdən masaj etmək lazımdır. Bu məqsədlə xəstəni arxası üstə uzadıb, əllərin ovucları bir-birinin üstündə olmaqla, yaralının döş qəfəsini aşağı 1/3 hissəsinə qoyurlar. Sonra dəqiqədə 50-60 cəld ritmik təkanla sinəni aşağı basır və hər təkrardan sonra əlləri yuxarı qaldırırlar ki, döş qəfəsi qalxıb düzələ bilsin.

 

Təkan zamanı döş qəfəsi ən azı 3-4 sm aşağı basılmalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev