Zirinc bitkisinin MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ
24.09.2021 17:10

Zirinc kol bitkisinin meyvəsi olub zirinckimilər fəsiləsinə aidddir. Zirincin kolu daima öz yarpaqlarını tökür və yenisi ilə əvəz edir. Yarpaqlarının uc hissəsi isə sərt və tünd yaşıl rəngdə olur.


Aztibb.az tibbi mənbələrə istinadla xəbər verir ki, zirinc Antraktida və Avstraliyadan başqa demək olar ki, dünyanın digər bütün yerlərində bitir. Ən çox isə zirinc ağacı şimal yarımkürəsində geniş yayılıb. Onu həyətyanı sahələrdə də yetişdirirlər. Qafqazda, Avropada, Krımda, Şərqi Sibirdə, İranda Amerikada isə zirinc ağacı yabanı halda bitir və geniş yayılmışdır.

 

Kulinariyada


Kulinariyada zirincdən müxtəlif kompotların, içkilərin hazırlanması zamanı istifadə edilir. Zirincdən mürəbbələr, şirələr, jelelər, siroplar hazırlanır. Zirinc ət yeməklərinin bəzədilməsi məqsədilə də işlənilir. Bəzi Qafqaz regionlarında ondan plovların bişirilməsi zamanı istifadə olunur. Zirinc balverən meyvədir. Ondan şirə çəkən arıların yığdığı balın rəngi qızılı-sarı olur və dadı fərqlənir. Zirincdən müxtəlif marinadların hazırlanmasında da istifadə olunur.


Bu bitkinin kökünü qaynadıb saçları boyadıqda saçlar davamlı və keyfiyyətli rəngə boyanmış olur.


Zirincin tərkibində karotinoidlər (ksantofill, lütein, zeaksantin, xrizantemaksantin, auroksantin, flavoksantin, kalsantin və s.), karbohidratlar, dubil maddələr, pektin, təbii turşular, makro və mikro elementlər, beta-karotin var. Onun tərkibi C, E, K vitaminləri, 11 növ alkoloid, limon və alma turşusu, tanin və qətran maddəsi ilə zəngindir.


Müalicəvi xüsusiyyətləri


Zirinc orqanizmə güclü müalicəvi təsir göstərir. Qədim Misirdə ondan qanı təmizləmək məqsədilə istifadə edilib. Tibet monastrlarında zirinc cavanlaşma dərmanı kimi saxlanılıb. MDB ölkələrində zirincin kökündən, gövdəsindən və meyvələrindən qanaxma, iltihab əleyhinə istifadə edilib. Zirinc göbələk əleyhinə təsirə malikdir və qocalmanı ləngidir. Soyuqdəymə xəstəlikləri zamanı zirincdən xəstəliyin əlamətlərinin azaltmaq məqsədilə istifadə edilir. Onun qızdırmasalıcı, ağrıkəsici xüsusiyyətləri də var.


Qaraciyər, sidik sistemi üzvlərinin xəstəlikləri zamanı da zirincin faydası böyükdür. Tibb sahəsində ondan hazırlanan dərmanlardan istifadə olunur.


Bədxassəli şişlərin müalicəsində istifadə edilən bitki dəmləməsinin əsas tərkibini zirinc təşkil edir. Tərkibində zirinc kökü olan xolelitin preparatından öd daşı xəstəliyi, sarılıq, xolisistit zamanı geniş istifadə olunur.


Çində zirinc kökünün dəmləməsini göz xəstəlikləri zamanı kompres kimi tətbiq edirlər.


Zirinc və onun yarpaqlarından dadlı çay dəmləmək olur. Yuxarıda adları çəkilən xəstəliklərin əlamətlərini azaltmaq üçün bu çaydan gündə 2 dəfə qəbul etmək lazımdır. Çayı dəmləmək üçün 1 çay qaşığı zirinc və ya zirinc yarpaqlarını 200 ml qaynar suya salıb bir saat saxlamaq və sonra içmək lazımdır. Çay arzuedilən nəticə alınana qədər içilməlidir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev