Payızda D vitamini səviyyəsini yüksəltməyə kömək edən - 4 MƏHSUL
24.09.2021 16:35

D vitamini sümüklərin, dişlərin və əzələlərin sağlamlığının qorunub saxlanılması üçün zəruridir. İnsan orqanizmi D vitaminini adətən dəriyə günəş işığının nüfuz etməsi prosesində istehsal edir. Ancaq payızda və qışda ultrabənövşəyi şüalar kifayət etmir, ona görə də orqanizmin lazımi qədər D vitamini qəbul etməsini izləmək vacibdir. Alimlər bildirirlər ki, D vitamini çatışmazlığı uşaqlarda raxit xəstəliyinin, həmçinin sümüklərin və osteomalyasiya kimi ağrılı vəziyyət qüsurlarının inkişafına səbəb olur.


Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir ki, diyetoloq Cenna Houp D vitamini ilə zəngin qidaların adlarını açıqlayıb. O, payızda rasiona dörd əsas qida mənbəyini əlavə etməyi məsləhət görür.

 

Yağlı balıq. Qızılbalıq, skumbriya, siyənək, sardinyalar mükəmməl D vitamini təchizatçı olmaqla yanaşı, həmçinin ürək üçün faydalı olan omeqa-3 yağ turşuları və enerji verən zülallarla zəngindir.

 

Yumurta. Yumurta sarıları D vitamininin yüksək səviyyəsi ilə fərqlənir.

 

Göbələklər. Təbiətdə rast gəlinən bitki mənşəli yeganə D vitamini mənbəyidir. Göbələklər, həmçinin günəş işığının təsiri ilə bu vitamini istehsal edir.

 

Zənginləşdirilmiş məhsullar. Bəzi məhsullar D vitamininin əlavə dozası ilə zənginləşdirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev