Vərəmin yaranma riski qan şəkəri səviyyələrinə bağlıdır - Endokrinoloq Fərhad Burzu
24.09.2021 12:48
Aparılan araşdırmalara görə, diabet vəziyyəti vərəmin əmələ gəlməsində rol oynaya bilər. Diabetli şəxslərin, diabeti olmayan şəxslərlə müqayisədə vərəm olma riski 48% yüksəkdir. Risk diabetin müddəti artdıqca daha da artır: Yeni başlayan diabet zamanı rast gəlinmə tezliyi 1.32 (95%, 1.23-1.42), 5 ildən az müddətdə diabet zamanı rast gəlinmə tezliyi 1,45 (95% 1,36-1,54), diabet müddəti 5 il və ya daha çox olduğu zaman rast gəlinmə tezliyi 1,57-dir (95% 1,48-1,66).
 
Aztibb.az xəbər verir ki, bu barədə endokrinoloq Fərhad Burzu məlumat verib. 
 
Həkimin sözlərinə görə, tədqiqata əsasən, vərəm riski qan şəkəri səviyyələrinə bağlıdır. F.Burzu qeyd edib ki, yalnız aclıq qlükozası pozulmuş şəxslər - qan şəkəri səviyyələri 100-125 mg/dL olan tək diabet diaqnozu olmayanlar - infeksiya baxımından yüksək risk altında deyillər.
 
"Aclıq şəkər göstəriciləri ən yüksək olanlar (202 mg/dL vəya daha yüksək) yeni başlanğıclı diabeti olanlar, daha aşağı qlükoza göstəriciləri (aclıq plazma qlükozası 126-128 mg/dL) olanlara görə 79% daha yüksək vərəm riskinə sahibdir. Aclıq şəkər göstəricisi 130 mg/dL'-nin üzərində olanlar da daxil diabetli xəstələrdə vərəm riski təxminən 2,2 dəfə daha artıq olduğu bildirilir. Ən uzun diabet anamnezi olan xəstələrdə piylənmə və xronik böyrək xəstəliyi, xronik obstruktiv ağciyər xəstəliyi, işemik koronar xəstəliyi və dislipidemiya kimi daha çox xəstəliklərin movcudluğu müşahidə olunur", - deyə həkim vurğulayıb.
 
F.Burzu əlavə edib ki, təxminən 8 illik araşdırma zamanı ümumilikdə 26.458 vərəm xəstəsinin (0.6%) məlumatları analiz olunub. Kişi diabetli xəstələrdə vərəmə yoluxma qadınlara nisbətən daha çox rastlanması müəyyən olunub. Tədqiqatçılar bu fenomenin testosteron səbəbli olmasını güman edirlər. 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev