Böyrəklərdə daş yaranmaması üçün - 7 VACİB MƏSLƏHƏT
24.09.2021 10:08

Böyrək daşı xəstəliyi çox yayılmış problemdir. Daşlar böyrəklərdə, sidik kisəsində, sidik yollarında, sidik axarında ola bilər.

 

Daşlar ciddi böyrək xəstəliklərinin inkişafına, böyrək çatışmazlığına, çox ağrılı tutmalara, hətta sepsisə səbəb ola bilər. Kişilərdə bu pozulmaya qadınlarla müqayisədə daha tez-tez təsadüf edilir.

 

Börək daşı xəstəliyinin ən yayılmış simptomu bel və qarın nahiyəsində çox güclü kəskin ağrılardır. Bundan əlavə sidikdə qan, ürəkbulanması, qusma, üşümə, hərarətin artması, sidiyin bulanıq olması, sidiyin iyinin dəyişilməsi də bu xəstəliyin simptomlarındandır.
 

Böyrək daşı xəstəliyinin qarşısını almaq üçün sizə mütəxəssislərin qidalanma və mayenin qəbulu ilə bağlı olan 7 çox sadə məsləhətini təqdim edirik.

 

1. Su için.

Böyrəklərdə daşlarn əmələ gəlməsinin əsas səbəbi susuzlaşmadır. Mütəxəssislər gün ərzində 8 stəkandan az olmayaraq təmiz su içməyi tövsiyə edirlər.

 

2. Daha az duz istehlak edin.

Duz susuzlaşmanın əsas səbəbidir. Alimlər sağlam olmaq üçün duzun qəbulunu minimuma çatdırmağı tövsiyə edirlər. Nəzərə almaq lazımdır ki, bir çox hazır məhsulların tərkibində (kolbasa, sosis, hisə verimiş məhsullar, çipsi, konservlər, hətta şirniyyatlar) çoxlu miqdarda duz var.

 

3. Turşəng turşusu ilə zəngin məhsullardan çox istifadə etməyin.

Bu turşu böyrək daşlarının əmələ gəlməsinə səbəb olur. Turşəng turşusu ilə zəngin olan məhsullar: qreypfrut, qızardılmış kartof, ispanaq, keşyu, araxis, turşəng, çuğundur, kərəviz, pomidor, badımcan, bolqar bibəri.

 

4. Artıq çəkidən azad olun.

Artıq çəki və piylənmə mübadilə proseslərinin pozulmasına və bununla bağlı olan müxtəlif xəstəliklərin, o cümlədən böyrəklərdə daşların əmələ gəlməsinin riskini xeyli artırır.

 

Lakin pəhriz saxlamaq qərarı vermisinizsə, diqqətli olun. Bəzi pəhrizlərin əsasında zülallarla zəngin olan qidalar dayanır. Belə pəhrizlər həqiqətən çəkinin azalmasına kömək etsə də, böyrəklər ciddi şəkildə yüklənir və böyrəklərdə daşların əmələ gəlməsinin riksi də artır.

 

5. Qəhvə, çay və şirin qazlı içkilərin istehlakını azaldın.

Bu içkilərin tərkibində olan kofein susuzlaşmaya səbəb olur ki, nəticədə böyrək daşı xəstəliyi inkişaf edir.

 

6. Tərkibində sitratlar olan məhsulların istehlakını artırın.

Sitratlar (limon turşusunun duzları) böyrəklərdə daşların əmələ gəlməsinin riskini azaldır. Bu məhsullar arasında: limon, laym, portağal, ananas, giləmeyvələr.

 

7. Sidiyin turşuluğunu artıran məhsulların istehlakını azaldın.

Sidiyin turşuluğunun artması böyrək daşlarının əmələ gəlməsinin əsas səbəblərindən biridir. Sidiyin turşuluğunu azaltmaq üçün ilk növbədə zülallarla zəngin olan məhsulların istehlakını azaldın. Sidiyin turşuluğunu artıran məhsullar arasında qırmızı ət, bir çox pendir növləri, yumurta və s. var.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev