Skoliozun müalicəsində yeni metod - FED üsulu 
26.09.2021 13:21
FED üsulu skoliozun müalicəsində yeni olmasına baxmayaraq artıq pasiyentlərdə alınmış müsbət nəticəsinə görə öndə gedən metodlardan hesab edilir.
 
Aztibb.az xəbər verir ki, tanınmış reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mütəxəssis, osteopat Pərvin Əkbərov bu barədə məlumat paylaşıb.
 
Həkim qeyd edib ki, FED metodu onurğanın 3D fiksasiya və tənzimlənən derotasiyaedici təzyiq göstərməsi vasitəsilə fəqərə sütununun deformasiyalarının müalicəsi üçün tətbiq olunur.
 
- FED müalicə metodu tədricən fəqərənin deformasiyasını korreksiya edir.
 
- Fəqərələrarası diskin fibroz halqasının patoloji liflərini reorientasiya edir.
 
- Fəqərəarası və qabırğaarası mobilliyi artırır.
 
- “Concave” tərəfdə (onurğanın qabarmış hissəsinin əks tərəfi) fəqərəarası bərkidici strukturların deformasiyalarını sabitləşdirir (kapsula, bağlar və əzələlər).
 
- “Concave” tərəfdə onurğanın düz, ortostatik vəziyyətini saxlamaq üçün proprioseptiv sistemini stimullaşdırır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev